• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
17-09-2018, 07:42

Belə bir Kobzon vardı - FOTO

Belə bir Kobzon vardı - FOTO

O, rus klassik mahnılarının simvolu idi

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

İnsanlar var ki, abidə kimidir. Onlardakı qürur, kübarlıq yaradıcılıqlarının lap əvvəlindən bayağı əsərlər yazmağa, yüngül komediyalarda oynamağa, bəsit mahnılar oxumağa mane olub. Sovet ədəbiyyatında Mixail Şoloxov, kinoda Mixail Ulyanov, estradada əlbəttə, İosif Kobzon kimi. Kreml sarayı və İttifaqlar Evinin sütunlu salonu onun ideal səhnəsi olub. Qara kostyumu, ağ köynəyi, boynundakı "kəpənəyi" - dəyişməz imici ilə müğənni həmişə bu səhnəyə vüqarla çıxıb.

Bütöv bir epoxanın səsi sayılan müğənnini elə həmin səhnədən son mənzilə yola saldılar...

Səhnəyə yol

İosif Davıdoviç Donetsk vilayətində doğulub. Kobzonun uşaqlığı çox çətin keçib. Gələcək müğənni bir neçə dəfə yaşadığı yeri dəyişməyə məcbur olub. Müharibədən əvvəl ailə Lvova köçüb. Balaca İosifin atası cəbhəyə gedib, anası isə Özbəkistanda yaşamağa məcbur olub. Ona bir daha atasını görmək qismət olmayıb. Aldığı yaralardan uzun müddət hospitalda müalicə olunduqdan sonra, atası tanış olduğu qadınla evlənib və Moskvada yaşamağa başlayıb. Atası onları tərk edəndə Kobzonun 13 yaşı vardı. 1944-cü ildə anası yenidən Donetskə qayıdıb. Kobzon bu şəhərdə birinci sinfə yollanıb. Anası vaxtından əvvəl qocalmışdı. Zavallı qadın ailəni saxlamaq üçün gecə-gündüz çalışırdı. Ona görə də müğənni həmişə müsahibələrində "Anam mənim mənəvi yol göstərənim olub" deyirdi. İki il sonra anası yenidən ailə qurub. İosif 8-ci sinfi bitirəndən sonra Dnepropetrovskda texnikuma daxil olub. O, təhsil aldığı illərdə boksa maraq göstərir, ancaq ilk aldığı ciddi zədədən sonra idmanın bu təhlükəli növünü tərk etmək qərarını verir və musiqini seçir. Texnikumun səhnəsi gənc bariton üçün ilk yaradıcılıq meydanına çevrilir.

1956-cı ildə sovet estradasının gələcək patriarxını orduya çağırırlar. 50-ci illərin sonunda o, Zaqafqaziya hərbi dairəsinin mahnı və rəqs ansamblında oxuyurdu. Tərxis olunduqdan sonra yenidən Dnepropetrovska qayıdır. Yerli tələbə sarayında özünün ilk müəllimi, xorun rəhbəri Leonid Treşenko ilə yenidən rastlaşması, onun həyatını həmişəlik dəyişir. Treşenko fərdi proqram üzrə məşğul olaraq, gənci konservatoriyaya hazırlayır. Uzaqgörən müəllim qarşısında nadir istedadın oturduğunu bilirdi. Hətta, əmin idi ki, bu cavan oğlan tezliklə ulduza çevriləcək. O, şagirdinin çətinlik çəkməməyi üçün iş tapmasına da kömək edir.

Artıq 1959-cu ildə İosif Kobzon Ümumittifaq Radionun solisti idi. Estrada artistlərinin ümumittifaq müsabiqəsində və Sopot şəhərindəki musiqi festivalında laureat olması isə artıq musiqiyə yeni bir nəfəsin gəlməsindən xəbər verirdi. 1986-cı ildə Kobzon artıq SSRİ Xalq artisti idi. Nəhəng ölkədə elə bir insan yox idi ki, onun adını eşitməsin və lirik baritonu dinləməsin. O, öz konsertləri ilə SSRİ-nin bütün diyarlarını gəzirdi...

1990-cı ilin sonlarında o, səhnədən ayrılmağı qərar verir. Sentyabr ayının 15-də "Ginnesin rekordlar kitabı"na düşəcək vida konserti axşam saat 6-dan səhər 7-dək davam etdi. "Mən səhnəni öpdüm və zalı tərk etdim. Üç gün sonra məni Dövlət Dumasına deputat seçdilər" - deyə xatırlayırdı.

İ.Kobzon həmişə aktiv həyat tərzi ilə fərqlənib. O, məşhur siyasi xadim idi. 1990-cı ildə siyasi karyerasına SSRİ Ali Sovetinin deputatı kimi başlamışdı. Ölkənin ən mürəkkəb regionlarından olan Zabaykalye dairəsindən deputat seçilmişdi. Buna görə, müğənni həmişə öz seçicilərinə kömək etməyə və onların problemlərini həll etməyə çalışırdı.

Ukrayna ilə Rusiya arasında baş verən münaqişədə Kobzon, Krıma görə prezident Vladimir Putinin siyasətini dəstəkləyirdi. Avropa İttifaqı mövqeyinə görə, Kobzonu Rusiya vətəndaşı kimi qara siyahıya saldı və onun, Avropa İttifaqı ərazisinə daxil olmasına qadağa qoydu. Bir çox Ukrayna şəhərlərində onu fəxri vətəndaş statusundan məhrum etdilər. Hətta doğulduğu Kramatorski əyalətində də müğənni bu tituldan məhrum edilmişdi. Daha bir qalmaqal isə onun 2014-cü ildə Ukraynanın Xalq artisti adından imtinası oldu. Bu qərarı o, özünün siyasi baxışları altında qəbul etmişdi. Məşhur müğənni hətta, Rusiyanın 2017-ci ildə Ukraynada keçirilən "Avroviziya" müsabiqəsində iştirak etməkdən imtina etməsini düzgün qərar sayırdı.

"Həyatın bir anı"

SSRİ-nin dağılması İosif Kobzonun karyerasına zərər vurmadı. Çünki onun mahnıları artıq böyüyən nəslin də yaddaşına köçmüşdü. Özü isə ifası haqqında belə deyirdi: "Mən çox nadir hallarda öz çıxışlarımdan razı qalıram və başa düşmürəm: nə üçün məni hər dəfə alqışlayırlar. Axı mən qeyri-adi heç nə etmirəm. Bəlkə sadəcə, mən lazımlı yerdə, lazımlı sözü deyə bilirəm". Kobzon müharibə bölgələrində, əsgərlər qarşısında, təbii fəlakət zonalarında çıxışlar edib, humanitar yardımlar göstərib. Bunu vətəni qarşısında borc hissi bilib. "Hesab edirəm ki, bu, mənim vəzifəmdir. Xüsusilə bu mənim vətənimdirsə, mən burada doğulmuşamsa, çətinliyə düşən insanların yanında olmaq lazımdır" deyirdi.

"Kobzon sovet mahnılarını yazılanlardan daha çox oxuyub" - deyə Müslüm Maqomayev zarafat etməyi xoşlayardı. Əlbəttə, onun repertuarında "Qaranlıq gecə", "Qələbə günü", "Mahnı insanla qalır" kimi musiqi inciləri də var idi. Ancaq biz o mahnıları xatırlayırıq ki, o, həmin mahnıları şəxsən şöhrətləndirib və özü yaradıb: "Həyatın bir anı, "Uzaq Vətən haqqında mahnı"..."

"Həyatın bir anı" mahnısının yaranmasının maraqlı tarixi var. Deyirlər ki, bəstəkar Mikael Tarıverdiyev və Robert Rojdestvenskiy "Baharın 17 anı" filmi üçün çoxlu mahnılar yazıblar. Rejissor Tatyana Lyoznova o mahnılardan ikisini saxlayıb və bir neçə ifaçı seçib: Valeriy Obodzinskiy, Valentina Tolkunova, Vadim Mulerman, Müslüm Maqomayev, Nikolay Nikitski... Rejissorun istəyinə görə, mahnı elə oxunmalı idi ki, guya onu Vyaçeslav Tixonovun özü oxuyur. Maqomayev bu təklifə "Mən Tixonov deyiləm, mən Maqomayevəm" cavabını verib. Ancaq Mulermanın o zaman televiziyanın rəhbəri ilə problemi olub. Rejissor Robert Rojdestvenskiyə bununla bağlı zəng edəndə, dostu Kobzon da şairin yanında olub. Rejissor Kobzondan "Mahnını elə oxumalısan ki, səsini tanımasınlar" deyə xahiş edib.

Kobzonun özü bu mahnını "rekviyem" adlandırırdı. Bu kompozisiyanı oxumaq heç kimə müyəssər olmayıb. Maqomayev deyirdi: "Kobzon həqiqətən bu mahnını elə təsirli oxuyub ki, kişilərin də boğazı qəhərdən tutulub".

O üçüncü qadın

Kobzonun şəxsi həyatı estradadakı karyerası kimi o qədər də hamar olmayıb. 3 qadın, uğursuz nikahlar. Veronika Kruqlova ilə anasının məsləhəti olmadan evlənmişdi. Anası əzəldən "gözüm bu nikahdan su içmir" desə də, Kobzonun hissləri qəlbinə hakim olmuşdu. İki il sonra cütlük ayrıldı. Veronika başqa bir məşhur ifaçıya - Vadim Mulermana ərə getdi. Bir müddət sonra isə Amerikaya köçdü. Müsahibələrinin birində estrada ulduzu ilə nikahının onu azca da olsa sındırmadığını demişdi. Kobzonun Lyudmila Qurçenko ilə evliliyi 3 il keçdi. Sonradan Qurçenko bu ittifaqı həyatının ən böyük səhvi olduğunu etiraf etdi. Aktrisaya əvvəlcə elə gəlmişdi ki, ərini dəyişə bilər. Onlar tez-tez qastrola çıxırdılar və bu səfərlərdə məşhur və gözəl cütlük ayrı-ayrılıqda romantik macəralar yaşayırdı. İosifin anası gəlinini sevmirdi. Nəhayət, Qurçenko ərinin bütün qohumları ilə münasibəti kəsdi. Onlar tez-tez dalaşır və bir-birlərinə güzəştə getmək istəmirdilər. Lyudmila Markovna öz memuarlarında yazırdı ki, sevimli insanın onun yaradıcılıq karyerasını lağa qoymasına dözmək çətin idi: "Bu nədir, hamı çəkilir, səni isə heç kim çağırmır". O, inciyib ağlayır və hansısa bir anda bir yerdə yaşamaq istəmədiyini anlayır. Ayrılıqdan sonra ulduzlar 40 il ünsiyyət saxlamadılar. Onlar bir-birlərinə hər hansı tədbirlərdə rast gəlməməyə çalışırdılar.

Müğənninin həyatının üçüncü qadını isə 70-ci ildə ailə qurduğu Ninel Mixaylovna oldu. Hamının "gözəl" adlandırdığı Ninel müğənnidən 13 il kiçik idi. O, nüfuzlu yəhudi ailəsində doğulan ağıllı və evdar qız idi. Ən əsası, Ninel şou-biznesdə olmağı arzulamırdı. Baxmayaraq ki, onun bütün göstəriciləri şou-biznesə uyğun gəlirdi. Bu gün hamı bu qadını Nelli Kobzon kimi tanıyır. Müğənninin üçüncü seçimi anasının da xoşuna gəldi. "Həmişə sevimli arvadımla yanaşı olmaq məni xilas edib"- deyə İosif Kobzon müsahibələrində deyirdi: "Ətrafımda ailə xoşbəxtliyindən məhrum olan həmkarlarıma baxanda, onlara yazığım gəlir. Biz artıq uzun illərdir bir yerdəyik və iki övladımız, nəvələrimiz var". Onlar birlikdə 47 il ömür sürdülər. Oğlu Andrey əvvəlcə atasının yolu ilə gedib musiqiçi olmaq istədi. Sonra musiqini atıb bizneslə məşğul oldu. Son illər daşınmaz əmlak sferasında məşğul olur. Qızı Natalya məşhur modelyer Valentin Yudaşkinin mətbuat katibi idi. O, Avstraliya vətəndaşına ərə getdi. Övladları ata-analarına 7 nəvə hədiyyə ediblər.

Təcili yardım

Müğənni 15 il idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Onun xəstəliyi 2000-ci ilin ortalarından başlayıb. Kobzon Rusiya və xarici ölkələrin məşhur klinikalarında müalicə olunub. Ağır cərrahi müdaxilələrdən sonra o, uzun müddət xəstəxanalarda müayinə olunub. Baxmayaraq ki, xəstə idi, ancaq işləyir, qastrollara gedirdi.

2009-cu ildə Kobzon Almaniyada əməliyyat olunandan 5 gün sonra Yurmala festivalına yollandı. Hətta, səhnədə canlı oxuyaraq öz pərəstişkarlarını heyrətləndirdi. 2010-cu ildə isə pərəstişkarları onun səhnədə iki dəfə yıxılması və huşunu itirməsi xəbərini aldılar. Ancaq müğənni uzun müddət yataqda uzana bilmədiyini etiraf edirdi. O, səhnəsiz yaşaya bilmirdi. Səhnə və tamaşaçılar onun xəstəliyinin ən yaxşı dərmanı idi. Həmişə deyirdi: "İstərdim ki, xatırlasınlar: Belə bir Kobzon vardı".

Kobzon 81 yaşında vəfat etdi. Görkəmli estrada müğənnisinin ölüm səbəbi elə illərlə mübarizə apardığı onkoloji xəstəliyi oldu.

Rusiya öz sevimli müğənnisini böyük təntənə ilə son mənzilə yola saldı. Sentyabrın 2-də İosif Kobzonun həyat yoldaşı Nelli əri ilə vidalaşmaq üçün əlavə mərasim təşkil etdi. Matəm mərasimi mühafizə altında keçirilib və yalnız ifaçının yaxın qohumları və dostları iştirak ediblər. Gizli vidalaşma açıq mərasimdən bir gün öncə keçirilib. Çaykovski adına konsert zalında keçirilən açıq vidalaşmaya insan seli səhər saat 8-dən axışıb. 3 saatlıq vidalaşma isə İosif Kobzona yaradıcılığına görə "sağ ol" demək istəyənlər üçün az idi. Kobzonun bütün həyatını musiqi müşayiət edib. Ona görə də minlərlə buketlərin üst-üstə qalandığı səhnədə Kobzonun repertuarından kompozisiyalar ifa olunub. "Bu, mümkün deyil, ağlasığmazdır, ancaq təəssüf ki, bu, baş verib. O, öz yaradıcılığına, həyatına və davranışlarına həmişə vicdanla yanaşıb. Əgər o, həyatında yalnız bir hərəkət etsəydi - Nord-Ostda, Dubrovkaya gəlib uşaqları və hamilə qadınları terroristlərin əlindən xilas edib çıxartsaydı belə, yenə də tarixdə qalacaqdı. O, heç vaxt fonoqramla oxumayıb, heç vaxt fonoqramla dostluq etməyib" - deyə yaxın dostu Mixail Şvıdko bildirib. "Bu gün onun sənətini sevən bütün insanlar ona görə kədərlənir. Çünki o, hər kəsə yaxın idi. Onun ifası bu gün vidalaşmaq üçün gəldiyi səhnədə öz ifasında az səslənməyib. Onun ifasından göz yaşları axıdanlar az olmayıb. Biz onu "Təcili yardım" - deyə çağırırdıq. O, bütün yaxınlarının, doğmalarının və özgə insanların köməyinə çatırdı" - deyə Vladimir Vinokur bildirib.

Görkəmli heykəltəraş Zurab Seretelli Kobzonun abidəsini hazırlayacağını bəyan edib: "Onsuz da onun mahnıları əbədidir. Kobzona bu mahnılardan, sağlığında abidə qoyulub - insanların qəlbində. Biz onunla - sovet epoxası ilə bir daha vidalaşırıq..."

Nyus.Az









Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az