• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları
  • 16-07-2026 Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
  • 16-07-2026 DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
  • 16-07-2026 Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
  • 15-07-2026 10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
  • 15-07-2026 ABŞ İranın dəniz blokadasını bərpa edib
  • 15-07-2026 FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
  • 15-07-2026 Nəvai Moskvadakı qəzaya görə məhkəməyə verildi
  • 15-07-2026 Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub - Yenilənib
  • 15-07-2026 Pezeşkian: Trampın təxribat xarakterli bəyanatlar verməsi təbiidir
  • 15-07-2026 ABŞ İrana yenidən zərbə endirib
  • 15-07-2026 Pezeşkian İran dövlət televiziyasını sərt tənqid etdi
  • 15-07-2026 "The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb
  • 15-07-2026 Abşeron İcra Hakimiyyəti "qanunsuzdur" dedi, amma tikinti dayanmadı-VİDEO

XƏBƏRLƏR

    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
    Argentina millisinin DÇ-dən kənarlaşdırılması ilə bağlı petisiya yaradıldı
28-08-2018, 21:26

“Bir qara bulud idi, keçib getdi” – Elşad Əhmədov

“Bir qara bulud idi, keçib getdi” – Elşad Əhmədov

Nyus.Az qol.az-a istinadən xəbər verir ki, "Sabah" klubunun baş məşqçisi Elşad Əhmədov komandasının mövsümün ilk turundakı çıxışını dəyərləndirib və digər məqamlara da toxunub.

- Mövsümə uğurlu start verdiniz. Komandanız geridə qalan 3 turdan sonra 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Çıxışınızı necə dəyərləndirirsiniz?

- Debütant komanda üçün pis start deyil. Amma deyim ki, çıxışımızdan tam razıyam, yalan olar. Oyunlarda çatışmayan cəhətlərimiz olur. Xüsusilə də 2-ci turda bunun şahidi olduq və acı məğlubiyyət aldıq. Yaxşı ki, növbəti matçda futbolçular toparlanıb yaxşı oyun göstərdilər. Debütant üçün 3 oyuna 6 xal yaxşı nəticədir. Ancaq gələcək oyunlarda çox işləmələyik. Çatışmayan cəhətlərimiz var.

- Nəyi nəzərdə tutursunuz?

- Yeni yaranmış komandayıq. Futbolçuların bir-birini başa düşməsi, xətlərarası anlaşma hələ istənilən səviyyədə deyil. Bir məşqçinin beynindəki taktiki məsələləri 2 aya futbolçulara çatdırması qeyri-mümkündür. Digər tərəfdən isə komandamızda top-klass futbolçular yoxdur.

- Amma Marko Deviç kimi hücumçunuz var...

- Bəli, var. Amma heyətimizdə Deviç səviyyəsində cəmi 1-2 futbolçu var.

- Maraqlıdır ki, 3 turda vurulan bütün topların müəllifi məhz ukraynalı hücumçudur. Hazırda da 4 qolla bombardirlər yarışına başçılıq edir. Yəqin ki, belə forvarddan razı qalmamaq olmaz....

- Deviçin oyununu siz kənardan daha yaxşı dəyərləndirə bilərsiniz. Çox peşəkar oyunçudur, futbola olduqca peşəkar yanaşması var. Çox istərdim ki, Azərbaycana bu cür legionerlər gəlsin. Ölkə futbolunun ondan götürəsi çox şeyi var.

- Bayaq özünüz də qeyd etdiniz ki, mövsümün ilk oyununda səfərdə "Keşlə"ni məğlub etdikdən sonra 2-ci turda gözlənilmədən "Sumqayıt"a uduzdunuz. Həmin oyunda nə baş verdi?

- Oyundan sonra məğlubiyyətin səbəblərini araşdırdıq. Deyim ki, arxayınlıq oldu və ya matça yaxşı köklənə bilmədik, belə deyil. Bir qara bulud idi, keçib getdi. Adını belə qoyaq. Çünki həmin oyunda nə etmək istədiksə, heç biri alınmadı. Müdafiə oluna, hücuma keçə, top saxlaya bilmirdik. "Zirə" ilə matçda uşaqlar qara zolaqdan çıxa bildirlərsə, bunun özü böyük bir şeydir. Çünki belə məğlubiyyətlərdən sonra növbəti oyunlara hazırlaşmaq çox çətindir.

- Bu mövsüm üçün əsas hədəfiniz nədir?

- Dediyim kimi, yeni yaranmış komandayıq, hədəfimiz Premyer Liqada qalmaqdır. Rəhbərlik tərəfindən də qarşımıza bu vəzifə qoyulub.

- Masazırda keçirdiyiniz ilk və hələlik yeganə ev oyununuza PFL-in açıqladığı rəqəmə əsasən, çox az sayda - cəmi 500 nəfər gəlib. Klub rəhbərliyi komandaya azarkeş cəlb etmək üçün insanlar arasında hər-hansı maarifləndici işlər görüb, bu yöndə təbliğat aparırmı?

- Klub tərəfindən bu yöndə işlər görülür. Masazırda futbol bayramı yaşatmaq istəyirik. "Sabah" klubu ora köçüb ki, həmin ərazidə yaşayan insanlar futbolla maraqlansınlar. İnanıram ki, getdikcə maraq artacaq. Görürsən ki, gəlib məşqlərimizi izləyirlər. Yavaş-yavaş onları futbola "xəstələndirmək" istəyirik. Ümid edirəm ki, orada bəzi işlər gedəndən sonra azarkeş sayı artacaq.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az