
Amerikalı realiti-şou ulduzu Farra Lin Abraham restlinqlə məşğul olmaq niyyətindədir.
Milli.Az The Sun-a istinadən bildirir ki, 27 yaşlı model Qərbi Hollivuddakı fitnes zallarından birində gərgin məşq edir.
O, "World Wrestling Entertainment, Inc. " çərçivəsində restler olmaq niyyətindədir.
Farra Abraham restler kimi debütünü noyabrda edəcək. O, noyabrın 10-da Nyu-Xersi ştatındakı Atlantik-Siti həhərində, "Showboat Hotel"də rinqdə Nikol Hous Aleksanderlə qarşılaşacaq.
Nyus.Az






























