
"Barselona"nın qapıçısı Yasper Sillessen və yarımmüdafiəçisi Serji Samper zədələnib.
Qol.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. Oyunçuların bərpa müddətinin hələlik müəyyənləşmədiyi bildirilib.
Qeyd edək ki, Samper bundan əvvəl dizindən zədə aldığı üçün ABŞ-dakı təlim-məşq toplanışını buraxıb.
Nyus.Az

























