• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
10-08-2018, 00:16

İmam Sadiqdən QIZIL TÖVSİYƏLƏR

İmam Sadiqdən QIZIL TÖVSİYƏLƏR

Məsum rəhbərlərin zamanında yaşayıb elmi və mənəvi məqamından agah olanlar, bəzən onlarla görüşür, onların öyüd-nəsihərlərindən, tövsiyələrindən bəhrələnirdilər. Xoşbəxtlikdən, bu tövsiyələrdən bir qismi keçmiş din xadimləri, alimləri və təbliğçilərinin zəhmət və təlaşları sayəsində təlatümlü hadisələrdən saf və səhih çıxaraq bizim hədis mirasımızda gözə dəyməkdədir.

Nyus.Az maide.az-a istinadən bildirir ki, biz bu məqalədə imam Sadiqin (ə) insani keyfiyyələrin kəsbində və Allahla rabitənin möhkəmlənməsində faydalı olan tövsiyələrindən beşini qeyd etməklə kifayətlənirik:

Birinci tövsiyə: Bir nəfər imam Sadiqin (ə) hüzuruna gəlib dedi: "Ey Peyğəmbərin övladı! Mənə nəsihət edin." İmam (ə) buyurdu:

لَا یَفْقِدُكَ اللَّهُ حَیْثُ أَمَرَكَ وَ لَا یَرَاكَ حَیْثُ نَهَاكَ

"Allah səni əmr etdiyi yerdə qaib görməsin və nəhy etdiyi yerdə də hazır görməsin." Başqa sözlə, bütün vacib buyurulan əməlləri yerinə yetir, haram olanları isə tərk et! ("Əs-sərair", 3-cü cild, səh.650.)

İkinci tövsiyə: Əbu Bəsir nəql edir ki, imam Sadiqin (ə) şəhadəti münasibətilə başsağlığı vermək üçün o həzrətin həyat yoldaşı və imam Kazimin (ə) anası Ümmü-Həmidənin hüzuruna getmişdim. Gördüm ki, xanım ağlayır. Məni də ağlamaq tutdu. Sonra mənə dedi: "İmam Sadiq (ə) ömrünün son anlarında gözünü açıb buyurdu:

اجمَعوا لی كُلَّ مَن بَینی وَ بَینَهُ قَرابَةٌ

"Mənimlə qohumluq münasibəti olanların hamısını ətrafıma toplayın."

Biz hamını çağırdıqdan sonra, İmam (ə) onlara baxıb buyurdu:

إنّ شفاعَتَنا لا تَنالُ مُستَخِفّاً بِالصَّلاة

"Həqiqətən, bizim şəfaətimiz namazı yüngül sayanlara yetməz." ("Əl-məhasin", 1-ci cild, səh.80; "Əmali", Şeyx Səduq, səh.572.)

"Lisanul-ərəb" adlı məşhur lüğət kitabında (9-cu cild, səh.80) bu hədisdə qeyd olunan "mustəxiffən" ifadəsi haqda belə yazılır: "İstəxəffə" sözü hörmətsizlik və etinasızlıq mənasını daşıyır və hədisdəki "mustəxiffən bis-səlat" ibarəsinin mənası da belədir: "Namaza hörmətsizlik edən və etinasız yanaşan." Demək, namaza hörmətsizlik edənlər, ya namaz qılmayanlardır, ya da namazqılan olsalar da, onun qılınmasında ədəb qaydalarını gözləməyənlər, namazı vaxtlı-vaxtında qılmayan, namaza əhəmiyyətsiz yanaşan, namazı axır vaxtlarda qılan, birini qılıb digərini qəzaya verənlərdir.

Üçüncü tövsiyə: Süfyan Suri imam Sadiqin (ə) hüzurunda ikən, "Ey Peyğəmbərin (s) övladı mənə nəsihət edin!" - deyə ərz etdikdə, İmam (ə) buyurdu:

یا سُفیانُ، لَا مُرُوءَةَ لِكَذُوبٍ وَ لَا أَخَ لِمُلُوكٍ [لِمَلُولٍ‏] وَ لَا رَاحَةَ لِحَسُودٍ وَ لَا سُۆْدُدَ لِسَیِّئِ الْخُلُق‏

"Ey Süfyan! Yalançılarda mürüvvət və insaniyyət olmaz, zülmkar hakimlərdən dost olmaz, həsədaparan (paxıl) rahatlıq üzü görməz, bədəxlaq şərəf və hörmət sahibi olmaz." ("Məcməul-bəhreyn", 3-cü cild, səh.73.)

یا سُفیانُ، ثِقْ بِاللَّهِ تَكُنْ مُۆْمِناً وَ ارْضَ بِمَا قَسَمَ اللَّهُ لَكَ تَكُنْ غَنِیّاً وَ أَحْسِنْ مُجَاوَرَةَ مَنْ جَاوَرْتَهُ تَكُنْ مُسْلِماً وَ لَا تَصْحَبِ الْفَاجِرَ فَیُعْلِمَكَ مِنْ فُجُورِهِ وَ شَاوِرْ فِی أَمْرِكَ الَّذِینَ یَخْشَوْنَ اللَّهَ عَزَّ وَ جَل‏.

"Ey Süfyan! Möminlər zümrəsində olmaq üçün Allaha etimad et. Ehtiyacsızlığı duymaq üçün Allahın sənin üçün təyin etdiyi ruziyə razı ol. Müsəlman olmq üçün qonşularınla yaxşı davran. Günah əhli ilə oturub-durma, yoxsa, öz günahı haqda sənə məlumat verəcək (və nəticədə səni günah işlərə rəğbətləndirəcək). Öz işlərində Allahdan qorxanlarla (halal-harama riayət edənlərlə) məsləhətləş." ("Əl-xisal", 1-ci cild, səh.169.)

Dördüncü tövsiyə: Yəhya və İshaq nəql edirlər ki, imam Sadiq (ə) həmişə bizə iki xüsusiyyəti tövsiyə edər və buyurardı:

عَلَیْكُمْ بِصِدْقِ الْحَدِیثِ وَ أَدَاءِ الْأَمَانَةِ إِلَى الْبَرِّ وَ الْفَاجِرِ، فَإِنَّهُمَا مِفْتَاحُ الرِّزْقِ.

"Sizə düz danışmağı və əmanətdarlığı tövsiyə edirəm, (qarşı tərəfiniz) istər yaxşı insan olsun, istərsə də günahkar! Şübhəsiz, bu iki əməl ruzi açarıdır." ("Əl-əmali", Şüyx Tusi, səh.676.)

Beşinci tövsiyə: Bir nəfər imam Sadiqdən (ə) ona nəsihət etməsini istədikdə, İmam (ə) buyurdu:

أعِدَّ جِهازَكَ وَ قَدِّم زادَكَ لِطولِ سَفَرِكَ وَ كُن وَصِیَّ نَفسِكَ وَ لا تَأمَن غَیرَكَ أن یَبعَثَ إلَیكَ بِما یُصلِحُكَ

"Səfər ehtiyatını hazırla, uzun səfər üçün ehtiyac duyduğunu öncədən göndər, öz işlərini özün yerinə yetir, başqalarına bel bağlama ki, haçansa gəlib sənin ehtiyac duyduğun xeyir işləri sənin əvəzində yerinə yetirəcək." ("Əl-əmali", Şüyx Tusi, səh.355.)

"Həqqullah" (Allahın haqqı) və və "həqqun-nas"ın (camaatın haqqı) ödənilməsi zamanı və məkanı bilinməyən axirət səfəri üçün ən mühüm işlərdir. Bu səfərin ehtiyatı təqvadır ki, axirət aləmində ondan layiqincə bəhrələnmək üçün məhz bu dünyada kəsb olunur. Həmçinin bu kimi işlərdə başqalarına bel bağlamaq da faydasızdır, çünki heç kim insanın özünə özü qədər ürək yandıra bilməz.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az