
"Milan"ın hücumçusu Nikola Kaliniç karyerasını İspaniyada davam etdirəcək.
Nyus.Az goal.az-a istinadən xəbər verir ki, xorvatiyalı futbolçu "Atletiko" ilə anlaşıb.
Razılaşmaya əsasən Kaliniç İspaniya klubunda bir mövsüm icarə əsasında çıxış edəcək. Bu gün 30 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün Madirdə gedəcək. O, yeni komandasında ilinə 3 milyon avro qazanacaq.
Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2017-ci ildən "Milan"da oynayır.
Nyus.Az

























