
19 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub.
Apasport.az saytının məlumatına görə, finalda İtaliya ilə Portuqaliya görüşüb. Matçın əsas vaxtı bərabərliklə (2:2) yekunlaşdığından qalibi əlavə vaxtda müəyyən etmək mümkün olub.
Azarkeşlərin ümumilikdə 7 qola şahidlik etdiyi qarşılaşma portuqaliyalıların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
İtaliya millisinin heyətində Moyze Kin dubl edib, bir qolu isə Skamakka rəqib qapısından keçirib. Portuqaliya yığmasının qollarını isə Joau Filippe (2), Fransişku Trinkau və Pedro vurub.
Nyus.Az

























