
Real-ın yeni transferi Rodriqo gələcək karyerası ilə bağlı açıqlama verib.
Nyus.Az goal.az-a istinadən xəbər verir ki, 17 yaşlı braziliyalı dünyanın ən yaxşı futbolçusu olmaq istədiyini bildirib.
"Əsas hədəflərimdən birincisini bacardım. Böyük bir kluba transfer olundum. Artıq dünyanın ən yaxşı futbolçusu olmaq istəyirəm. Yeni Neymar və ya Robinyo olmaq istəmirəm. Mən Rodriqoyam. Hazırda Santos-dayam və bütün diqqətimi bu kluba yönəltmişəm".
Real Rodriqonu Braziliyanın Santos klubundan 45 milyon avroya transfer edib. Futbolçu "kral klubu"un əsas komandasına 2019-cu ildən etibarən qoşulacaq.
Nyus.Az

























