
Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ilk yoxlama oyununa çıxacaq.
Nyus.Az apasport.az-a istinadən xəbər verir ki, səfər öncəsi Bakıda MOİK-lə matçda (1:1) qüvvəsini sınayan "qırmızı-qaralar" mövsümlərarası fasilədə ilk beynəlxalq görüşünü keçirəcək.
Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Albaniyanın "Kukesi" klubu ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Maraqlıdı ki, "Qəbələ"nin hücumçusu Rauf Əliyevin son klubu məhz "Kukesi" olub.
Yoxlama görüşü
23 iyun
20:00. "Qəbələ" (Azərbaycan) - "Kukesi" (Albaniya)
Nyus.Az

























