
Foto və videoların mübadiləsi üçün "Instagram" xidmətinin istifadəçilərinin sayı 1 milyard olub. Bu haqda xidmətin saytında məlumat verilib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumatda deyilir ki, "Instagram" - indi 1 milyard istifadəçini birləşdirən qlobal bir cəmiyyətdir. "Biz 2010-cu ildən etibarən cəmiyyətimizin inkişafı üçün mümkün olan hər şeyi etmişik" - sənəddə deyilir. Bu, bizim üçün böyük nailiyyətdir, hamınıza təşəkkür edirik!"
Həmçinin 20 iyunda tərtibatçılar tərəfindən təqdim edilmiş "IGTV" adlı yeni proqramın köməyi ilə müddəti 1 saatadək olan şaquli videolar yerləşdirmək və izləmək mümkün olacaq. Bir neçə həftə ərzində istifadəçilər üçün əlçatan olacaq mobil proqram "Android" və "iOS" əməliyyat sistemlərində işləyəcək.
Nyus.Az

























