
Qurani-Kərimdə ulul-əmrə[1] itaət əmr edilir. Yəni, hər hansı bir məsələdə səlahiyyətli şəxslərə itaət etmək lazımdır. Ancaq burada mühüm fərqi gözdən qaçırmamaq lazımdır:
Nyus.Az muselmanlar.com-a istinadən bildirir ki, bu şəxslərə etiraz edilə bilər. Lakin Allaha, kitabına heç kim etiraz edə bilməz. Bu səbəblə, "Əgər hər-hansı bir məsələdə münaqişə edərsəniz, Allaha və elçisinə yönəlin." (Nisə 4/59.) Ayədə "Allaha və elçisinə yönəlin." - ifadəsindən qəsd edilənin kitab (Quran) olduğu bilinməlidir. Çünki, elçi öz sözünü deyil, Allahın sözünü deyən şəxsdir.
Nəticə etibarilə, ayədən də gördüyümüz kimi "ulul-əmr" ifadəsindən mütləq itaət qəsd edilməməkdə və müsəlmanlara aralarında münaqişə olduğu zaman hakəm olaraq Allahın kitabına yönəlmələri əmr edilməkdədir.

























