
FİFA DÇ-2018-ə satılan biletlərin sayını açıqlayıb.
Dördilliyin ən böyük futbol yarışının ötən ilin sentyabrından satışa çıxarılan biletlərindən 2 milyon 403 min 116-sı satılıb.
Məlumata görə, biletlərin 54 faizi əcnəbilər əldə edib. Onların arasında ABŞ vətəndaşları çoxluq təşkil edir, ikinci yerdə braziliyalılar, üçüncü yerdə isə Kolumbiya azarkeşləri yer alıb.

























