• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
24-05-2018, 00:45

Arıqlama heç də həmişə sevinc gətirmir

Arıqlama heç də həmişə sevinc gətirmir

Heç bir əziyyət çəkmədən onlarla kiloqram arıqlamaq bir çox insanın arzusudur. Amma orqanizm hər zaman sabitliyə can atır. Əgər həyat tərzi, qidalanma rejimi, fiziki aktivlik dəyişilməyibsə, o zaman çəki də buna uyğun qalmalıdır. Deməli, kəskin arıqlama orqanizmin fəaliyyətində psixi pozulmalardan tutmuş sistemli xəstəliklərə qədər müxtəlif fəsadlara səbəb ola bilər.

Çəkinizi itirmənin sevinc deyil, həyəcan gətirən ən geniş yayılmış səbəbləri hansılardır?

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bədən çəkisinin sürətlə itirilməsi psixikanın müxtəlif pozuntuları ilə nəticələnə bilər. Bu, ilk növbədə, özünü qida qəbulunun - əsəb anoreksiyasının pozulmasında göstərir. Bədən görkəmi dəyişilən insan kökəlmək qorxusu ilə qidadan imtina edir. Depressiya yeməyə həvəsin tamamilə yox olmasına səbəb ola bilər ki, bu da güclü arıqlamağa gətirib çıxarır.

Bədən çəkisinin sürətlə və nəzərəçarpacaq dərəcədə itirilməsi şizofreniyanın ilkin əlamətlərindən biri də ola bilər. Bu zaman pasiyentin dad və qoxubilmə qabiliyyəti dəyişir, həmçinin onun üçün mağazaya getmək, yemək hazırlamaq kimi gündəlik qayğılar mənasını itirir. Psixi pozuntular zəminində inkişaf edən ekstremal arıqlamanın müalicəsini həkim-psixiatr, dərmanlar və psixoterapiya vasitəsilə aparmaq lazımdır.

Qalxanabənzər vəzinin normal fəaliyyəti maddələr mübadiləsi və çəki ilə birbaşa əlaqəlidir. Onun ifraz etdiyi hormonlar mübadilənin sürətini tənzimləyir. Tədqiqatlar göstərib ki, hipertireoz zamanı özünü göstərən qalxanabənzər vəzinin həddindən artıq fəallığı əsas maddələr mübadiləsinin sürətini artırır. Belə olduqda, insan orqanizmi adi funksiyalarını təmin etmək üçün lazım olandan daha çox enerji sərf edir. Doğrudur, qalxanabənzər vəzinin funksiyalarının güclənməsi iştahanı da artıra bilər, amma hipertireozlu bir sıra xəstələr arıqlamır, əksinə kökəlir.

Bağırsaq iltihabı xəstəlikləri zamanı müntəzəm baş verən ishal halları yeməkdən iyrənməyə səbəb olur. Bütün bunlar isə arıqlamağa gətirib çıxarır.

Təəssüf ki, əsaslı səbəb olmadan sürətlə arıqlama onkoloji xəstəliklərin də əlamətlərindən biri ola bilər. "Xərçəng" diaqnozu qoyulan insanların 40 faizində xəstəlik ərəfəsində çəkinin izahedilməz itirilməsi baş verib. Onkoloji xəstələrin 80 faizi isə xəstəliyini irəlilədiyi mərhələdə daha çox arıqlayır, hətta onlarda təkcə yağların əriməsi deyil, əzələlərin də itirilməsi - kaxeksiya (ciddi halsızlıq) əmələ gəlir.

Onkoloji xəstəliklər zamanı çəkinin kəskin azalması bir çox hallarda insanda iştahanın yox olması ilə əlaqədardır. Bu, xərçəngin digər simptomları - ürəkbulanması və qusma, qəbizlik, ağrılar, qidanın dadının itirilməsi, çeynəmə və udma zamanı çətinliklərlə də bağlı ola bilər. Arıqlamanın onkoloji xəstəliklə bağlı olduğu üzə çıxarsa, xərçəngin müalicəsi ilə yanaşı, insanın kökəlməsi də lazımdır. Əldən düşmüş xəstələr kimya terapiyasını və xəstəliyin simptomlarını daha ağır keçirirlər.

Çəki itirilməsinin daha bir ciddi səbəbi QİÇS-ə yoluxmaqdır. Bu xəstələr qida maddələrinin orqanizmdə lazımi dərəcədə mənimsənilmədiyi ucbatından çəki itirirlər. Onların ağız boşluğunda əmələ gələn yaralar ucbatından normal qida qəbul edə bilməməsi də arıqlamağa səbəb olur. Əgər insan sürətlə çəki itirirsə, bu, QİÇS-ə daha bir infeksiyanın əlavə olunması deməkdir. Bu xəstəliklər insanın immun sisteminin zəifləməsi zəminində baş verdiyi üçün onları opportunist adlandırırlar.

Sadalanan xəstəliklərdən başqa, birinci dərəcəli şəkərli diabet, seliakiya, diş problemləri və vərəm də ciddi çəki itirilməsinə səbəb ola bilərlər.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az