
20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Milli komanda gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.
Azərbaycan yığmasının heyətində yeganə qolu 66-cı dəqiqədə Ziya Əzizov vurub.
U-20 mayın 24-də və 27-də Makedoniyanın U-21 millisi ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.
Yoldaşlıq oyunu
16 may
19:00. Azərbaycan U-20 - Gürcüstan U-20 - 1:2
Qol: Ziya Əzizov, 66 - David Mudiri, 79, David Samurkasovi, 83
"Report

























