• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
17-05-2018, 00:17

Reuters: ABŞ nefti Azərbaycan neftini bazarda sıxışdırır

Reuters: ABŞ nefti Azərbaycan neftini bazarda sıxışdırır

Neftin qiymətləri son üç ildə ən yüksək səviyyəyə qalxıb. OPEC+ sazişinin və ABŞ-ın İrana qarşı sanksiyaları yenidən bərpa etməsinin, digər geosiyasi risklərin təsiri altında dünya bazarlarında neftin qiyməti 79 dollara çatıb. İnvestorlar qiymətin 80 dolları keçəcəyi və hətta 90 dollara çatacağına rekord stavkalar qoyurlar.

Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, buna baxmayaraq fiziki neft bazarı tamam başqa mənzərə yaradır. Spot bazarında qiymətlər fyçerslərlə müqayisədə son bir neçə il ərzində ən yüksək həddə aşağı düşüb. Çünki Çinin neftayırma zavodlarının xam neftə tələbatı azalıb və Avropa limanlarında neftlə yüklü tankerlərin boşaldılmasında ləngimələr var. Çünki anbarlar neftlə doludur.

Neft dəllalları Qərbi Afrika, Rusiya və Qazaxıstan nefti üçün alıcı tapmaqda çətinlik çəkirlər, habelə Texasa və Kanadaya neft nəqlini artırmaq üçün boruların imkanları məhduddur.

Stop və fyuçers qiymətlərində fərqlər əhəmiyyətli amildir, çünki adətən fiziki neft bazarı qısamüddətli perspektivlərdə ən yaxşı göstəricidir. Bütün dünya boyu neftayırma zavodlarına xam neft satan treyderlər deyirlər ki, spekulyantlar neftin qiymətini 70 dollardan yuxarı “itələməklə” sürüşkən yol seçiblər. Qiymət artımı ABŞ-ın İrana sanksiyalarının bazara potensial təsirləri və Venesueladan neft təchizatının azalması nəticəsində artıb.



İnvestorlar mövcud geosiyasi gərginlik fonunda qiymətin daha da yüksələcəyini hesablayaraq milyonlarla dollar yatırıblar.

“Fyuçerslərlə alver edən uşaqlar əmindir ki, bazarda neftin həcmi azalacaq. Neftayırma zavodlarının yay profilaktikası işlərinin başa çatmasından sonra tələbat artacaq”-ABŞ-da mənzillənmiş neft treyderi deyib.

Yaxın bir neçə həftə ərzində biz çox güman ki, bazarların artıq neftdən təmizlənməsini müşahidə edəcəyik, amma bu baş verməsə bizim problemlərimiz yaranacaq”-teryder bildirib.

Analitiklər gözləyir ki, qlobal neft təchizatı 2019-cu ildə sutkada 200 min barreldən 1 milyon barrelə qədər azala bilər. “İrandan neft təchizatının azalması bazarda qıtlığı dərinləşdirəcək, bu da qiymətlərin artmasına səbəb olacaq”-analitik Greq Şarenou bildirib. Onun fikrincə qısamüddətli perspektivdə neft 80 dolları keçə bilər.



Hazırda treyderlərin əlində rekord həcmdə-21.3 milyon barrel neft opsionları var. Əgər dekabrın sonlarına doğru neftin qiyməti 90 dollara çatsa onların stavkası özünü doğruldacaq. Treyderlər gözləyir ki, iyunun ortalarında Amerika neftinin qiyməti 85 dollara çatacaq, nəticədə onlar həmin qiymətə rekord sayda -14.000-dən çox müqaviləyə stavka ediblər.

“Bu stavkarlar tələbatın artması ilə bağlıdır, təkcə geosiyasi risklərlə bağlı deyil”-Şimali Karolindadan analitik Skot Şelton bildirib.

Amma fiziki neft bazarının iştirakçıları tələbatın artacağına əmin deyillər. Treyderlər deyirlər ki, ABŞ-dan neft ixracı sutkada 2 milyon barreldən çox artıb və bir sıra bazarlarda tələbatdan çox neft yaranıb, bu da kotirovkaların korreksiyası üçün şərt yaradır.



“Fyuçerslərlə və fundamental göstəricilər arasında böyük fərq var. Qiymət barrel üçün 20 dollara ensə mən buna təəcüblənmərəm”-Çinin dövlət neft emalı şirkətinin treyderi bildirib.

“Reuters” bildirir ki, ABŞ tərəfdən rəqabətin artması Nigeriya və Azərbaycan neftinin satışını çətinləşdirib, hansı ki, bu ölkələr birlikdə təxminən ABŞ qədər neft ixrac edirlər və Avropadan, Latın Amerikasından olan müştərilər uğrunda mübarizə aparırlar.

Hazırda fyuçerslər yüksək olsa da fiziki neftin qiyməti aşağı düşüb. “Brent” neftinin fyuçersinin fiziki neft qiymətindən 7 dollar yuxarı olması nəticəsində ona alıcı tapmaq da çətinləşir. Rusiyanın “Urals” neftinin diferensialı son yeddi ildə ən aşağı həddə düşüb, Qazaxıstanın “CPC Blend” nefti isə 2012-ci ilin aprelindən bəri minimum həddə enib. Qərbi Afrika neftinin Asiya bazarlarına daşınması aprel ayında son beş ilin ən aşağı həddinə düşüb, çünki Çin limanlarında tankerlər boşalmaq üçün növbə gözləyir.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az