• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
16-05-2018, 00:26

“Feminizm Azərbaycanda yanlış anlaşılır, elə bilirlər, kişi düşmənçiliyidir”

“Feminizm Azərbaycanda yanlış anlaşılır, elə bilirlər, kişi düşmənçiliyidir”

Aysel Əlizadə: “Bu saytda yaxşı yazılar oxuyacaq, dincələcəksiniz”

“Yaxşı yazı oxumaq, fərqli şeylər görmək istəyən, bayağılığı tənqid edənlər üçün keyfiyyətli iş təqdim etməyə çalışırıq. Mövzular təkcə qadın-kişi münasibətləri, feminizm haqqında deyil. İnsanların dəyər bildikləri mövzulara toxunmağa çalışırıq. Saytımızdan nəsə bilgi almalarını, rahatlıq tapmalarını, dincəlmələrini istəyirik. Keyfiyyət önəmlidi. Bu kriteriyaları nəzərə almışıq”. Bunu musavat.com-a yeni fəaliyyətə başlamış qadınkimi.com saytının rəhbəri Aysel Əlizadə deyib.

A.Əlizadənin sözlərinə görə, sayt maraqla qarşılanıb:

-Belə reaksiya gözləmirdim. Əlbəttə, bu hələ ilk addımdı. Proqnoz vermək çətindi. Sonrası necə olacaq, onu hələ bilmirik. İlkin reaksiyaya görə yazılar bəyənilib. Ən çox dizayn diqqət çəkib. Dizaynerimiz Günel Dənizin adını xüsusi vurğulamaq istəyirəm. Saytın vizual tərtibatçısıdır. Saytı öz balası kimi, demək olar, doğub. Günel xanım mənim oxucum olub. Bir gün gecənin bir aləmi yuxum ərşə çəkildi. Girdim instagrama. Gələn məktublara baxdım. Gördüm, çox həyəcanlı bir məktub gəlib. Çox sentimental, duyğusal. Elə yazmışdı ki, heyrət etdim. Dərhal cavab yazdım. Oxucularıma cavab yazmağa çalışıram. Sonra kitab təqdimatıma gəldi. Zamanla dostlaşdıq. Saytın hazırlanması ilə isə Monitor - pro şirkətinə aiddi.

-İdeya haradan gəldi? Niyə məhz feminizm saytı?

-Feminizm həyatımda çoxdan var. Balaca qız olandan, feminizm haqda bilməyəndən belə. Kitablarım da konseptual feminizmə həsr olunub. Şeirlər kitabım, romanım və s. gender bərabərliyinə hesablanıb. İnsan çox önəmli faktordur. Hər şey insandan sonra gəlir. Sayt yalnız qadın auditoriyasına hesablanmayıb. Hər kəsə hesablanıb. Qadınkimi.com hər kəs üçündür. Hər kəs rahatlıqla özünə, cinsinə, həyat tərzinə uyğun yazılar tapa bilər. Feminizm Azərbaycanda yanlış anlaşılır. Elə bilirlər, kişi düşmənçiliyidir. Feminizmdə düşmənçilik anlayışı yoxdur. Əksinə, ədalət var, humanizm var. Feminizm qadının özəlliyini vurğulamır. Feminizm deyir ki, biz hamımız insanıq və bir cinsi digərindən hüquqsuz saymaq cinayətdi. Feminizm bu gün dünyada çox aktual cərəyandır. Hər sahədə rast gəlmək olur. Hətta qadın hüquqlarını aşıb bütünlükdə bərabərliyi müdafiə edir. Məşhurlar, yazarlar, siyasət adamlarının içində kişili, qadınlı feministlər saysızdı. Bu termini ilk dəfə fransız filosofu Şarl Furye işlədib. Biz bu adla cəmiyyətdəki problemə diqqət çəkib, ona bir az da ironik yanaşmışıq. Bu günəcən bir insanı təhqir edəndə ona “qadın kimisən, arvad kimisən” deyiblər. “Kişi kimi” öygü, “qadın kimi” aşağılama sayılıb. Bu mental stereotipləri qırmadan cəmiyyətdə nəsə irəliləyiş etmək mümkün deyil. Biz hamımız bu cəmiyyətdə insane olmasaq heç nə alınmayacaq. Alınsa da çox çətin.

-Qadınların özlərinin rolu nə qədərdi bu məsələdə?

-Qadınların diskriminasiyada günahları az deyil. Öz oğluna “qız kimi ağlama, qız kimi filan iş görmə, filan oyuncaqla oynama” deyən analar artıq uşaqlıqdan kişidə travma yaradırlar. Kompleksə salırlar. Halbuki bütün fakt və göstəricilərə görə ən uğurlu kişilər qadın dostları çox olanlardı. Uşağa “qorxaq olma, cəsur ol” demək ayrı şeydi, “ qız kimi olma” demək ayrı. Bu “qız kimi” nin əziyyətini bütün cəmiyyət çəkir. Biz illər boyu elə bilmişik adamın oğlu olursa bu üstünlükdü. Qızı olursa bu artıq qüsurdu. Təsəvvür edə bilirsiz? Dəhşətli, faciəvi düşüncəylə yaşamışıq. Övlad övladdı axı. Eyni zamanda da kütləvi şəkildə belə bir deyimi var toplumun: “Adama qalan qızdı”. O düşüncən nədi, bu dediyin nə? İnkar inkar dalınca…

Saytın gələcək planlarına gəlincə, Aysel Əlizadə oxucularını intizarda saxlayır. Deyir, gələcək planlar ideyadır. İdeyaları da deməzlər, əməl edərlər.

Biz də musavat.com adından başda Aysel Əlizadə olmaqla qadınkimi.com-un kollektivini təbrik edir, onlara yaradıcılıq uğurları arzulayırıq!

Ləman MUSTAFAQIZI,
Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az