• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
16-05-2018, 00:15

Heydər Əliyev Beynəlxalq Aeroportuna dünyanın ən nüfuzlu mükafatı təqdim olunub

Heydər Əliyev Beynəlxalq Aeroportuna dünyanın ən nüfuzlu mükafatı təqdim olunub

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanınlarının auditi sahəsində ən nüfuzlu "Skytrax World Airport Awards"-un maksimal “5 Ulduz” statusuna layiq görülüb.

Təntənəli mükafatlandırma mərasimi mayın 7-də Bakıda keçirilmişdir. Mərasim çərçivəsində həmçinin Bakı hava limanının girişində yerləşən və onun 5 ulduz statusunu simvolizə edən stelanın açılışı baş tutmuşdur. Tədbir iştirakçıları eyni zamanda yeni aerovağzal kompleksi Terminal 1-də yaradılan şəraitlə də tanış olub.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı bütün dünya üzrə bu ən yüksək statusa cəmi 8 aeroport layiq görülüb.

“Bizim hər bir növbəti qələbəmiz ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin mülki aviasiya sahəsinə, eləcə də bütün kollektivin gərgin əməyinə böyük diqqət və qayğısının göstəricisidir. “Skytrax” kimi nüfuzlu audit şirkəti tərəfindən ən yüksək qiymətləndirməyə layiq görülmək həm Azərbaycanın mülki aviasiyası, həm də ümumiyyətlə ölkə üçün çox böyük nailiyyətdir. “5 ulduz” reytinqi son illərdə ölkəmizdə bu sahənin inkişafı üzrə görülən böyük işlərin bariz nümunəsidir", - deyə “Azərbaycan Hava Yolları”nın Prezidenti Cahangir Əsgərov bildirib.

“Heydər Əliyev Beynəlxalq Aeroportunu bu böyük nailiyyət - 5 ulduzlu regional aeroport reytinqinə layiq görülməsi münasibətilə təbrik edirəm. Bu yüksək qiymətləndirmə müştəri xidməti sahəsində böyük keyfiyyət nişanıdır. Heydər Əliyev Beynəlxalq Aeroportunun rəhbərliyi son üç ildə genişmiqyaslı iş aparmışdır və nəticədə regional aeroport üçün ən yüksək qiymətləndirməyə nail olub", “Skytrax”-ın baş direktoru Edvard Pleysted qeyd edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü il 23 aprel tarixində istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. Yeni terminalın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərkən vurğulamışdır ki, hava nəqliyyatının inkişafı Azərbaycanda dövlətin öz dəstəyini əsirgəmədiyi prioritet məsələlərdən biridir. “Burada sərnişinlər üçün bütün lazımi şərait yaradılmışdır. Çox rahat istirahət zonaları, ictimai yerlər, böyük hollar tikilmişdir. Yuxarıdan baxanda isə bu bina qanadlarını açmış böyük quşa bənzəyir. Necə ki, bu gün Azərbaycan da inkişafdadır, Azərbaycan da öz qanadlarını geniş açmışdır, irəliyə gedir, iqtisadi inkişaf templərinə görə dünyada birinci yerdədir”, - deyə dövlət başçısı qeyd edib.

Son bir neçə ildə Azərbaycan paytaxtının hava limanı sərnişin dövriyyəsinin stabil artımını nümayiş etdirir. 2017-ci ildə sərnişin axını 4 milyon nəfərdən çox olmuşdur. 30-dan çox aviaşirkət 40-dan artıq müxtəlif istiqamət üzrə Heydər Əliyev Beynəlxalq Aeroportundan müntəzəm və çarter reysləri yerinə yetirir.

Qeyd edək ki, “Skytrax” tərəfindən keçirilən və 550 hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən aeroportların qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır. İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil və buna görə də, hava limanının mükəmməllik və keyfiyyəti üzrə obyektiv göstəricidir. İnspeksiya dövründə "Skytrax" həmçinin 100 ölkədən 13,73 milyon sərnişin arasında sorğu keçirib.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az