
Mayın 13-ü, gecə saatlarında işğal altındakı Azərbaycan ərazilərində ağır güllə yarası almış erməni hərbçinin Xankəndi hospitalında müalicəsi mümkün olmayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu gün 1998-ci il təvəllüdlü əsgər Şamxal Seyranoviç Petrosyan İrəvana aparılıb. Təmas xəttinin şimal istiqamətində Azərbaycan ordusunun cavab atəşi nəticəsində yaralanan erməni hərbçinin durumunun sabit ağır olduğu barədə Ermənistan tərəfi açıqlama verib. Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovanisyan bu barədə bildirib.
Nyus.Az

























