
Naxçıvanda yerləşən İlandağ Azərbaycanın ən məşhur simvollarından biri sayılır. Onun yamacının bir hissəsində orta əsrlərdə yaşayış məskəni də olub. İlandağ həmişə sirli yer kimi tanınıb. Əfsanəyə görə, Nuh peyğəmbərin gəmisi məhz bu dağa toxunub.
Nyus.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə dağın belə adlandırılmasının zülmdən qaçıb buraya pənah gətirən insanları məhz ilanların qorumasına dair rəvayətlə bağlı olduğu qeyd edilib. Amma yerli camaat vurğulayır ki, hazırda bu dağda ilanlar yaşamır.
Məqalə ispandilli oxucuların böyük marağına səbəb olub və bir neçə min dəfə oxunub.
Nyus.Az

























