
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Rahib Salmanov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı mayın 24-nə təyin edilib.
Qeyd edək ki, E. Məmmədov İŞİD terror təşkilatının sıralarında uzun müddət döyüşüb, "Abu Cihad” ləqəbi ilə tanınıb.
Həmçinin məlum olub ki, Eldəniz Məmmədov İnstagram-da İŞİD-çilər arasında populyar olan səhifəni idarə edib.
Nyus.Az

























