• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
29-11-2021, 05:43

Çox da uzağa getməyin - Özbəkistanı kəşf etmək üçün 7 SEÇİM

Çox da uzağa getməyin - Özbəkistanı kəşf etmək üçün 7 SEÇİM


Bəzən çox uzaqlara səfərlər edirik, amma yaxınlığımızdakı gözəlliklərdən xəbərimiz yoxdur.Nyus.Az aviatravel.az-a istinadən bildirir ki, Özbəkistan Teymurləng imperiyasının paytaxtı olmaqla, bütün türk dünyasında məşhurdur. Bu ölkənin həm də kaloristli turizm sənayesi var.

Qədim Səmərqəndin küçələrində dolaşmaq, Daşkəndin Şərq bazarına baş çəkmək, Buxaradakı məscid və mədrəsələrin divarlarında naxışlara tamaşa etmək Özbəkistana səyahətə yollanan turistlərin hərəkət planlarının yalnız bir hissəsidir. ən ləziz plovun harada hazırlandığı, səhranın qızmar qumlarında hansı göldə çimmək və özünü əsl köçəri kimi hiss etmək barədə bəhs edəcək.

Daşkənd koloriti

Daşkənd, Buxara, Səmərqənd və Xivə Özbəkistana gələn turistlərin ənənəvi marşrutudur. Respublikanın Turizmin İnkişafı Komitəsinin müşaviri Bəhruz Həmzəyev sivilizasiyanın toxunmadığı bu rayonlardan danışıb. İslam memarlığının şedevrlərini öz gözləri ilə görmək üçün bu məkanlara daha çox turist gəlir.

Daşkənd MDB ölkələrinin turistləri arasında ən populyar şəhərdir. Qonaqlara şəhərin həm yeni, həm də qədim hissəsini göstərirlər. Tərkibində mavzoley, məscid və mədrəsənin olduğu Həzrəti İmam dini kompleksini ziyarət etmək ekskursiya probleminin ayrılmaz hissəsidir. Burada Məhəmməd Peyğəmbərin saçı və həqiqi olması UNESKO tərəfindən təsdiq edilmiş VII əsrə aid Müqəddəs Quran saxlanılır.

Şərq koloritini hiss etmək üçün yerli bazara baş çəkmək lazımdır. Çorsu və Alay Daşkəndin ən məşhur bazarları sayılırlar. Səyahətçilər daha çox turistik olmayan bazarlara üstünlük verirlər. Mən Daşkəndin Çorsu və Səmərqəndin Siab bazarını xüsusilə qeyd etmək istərdim. Bu bazarlarda təzə meyvə, tərəvəz və ədvalar almaq olar. Eyni zamanda, turistlərə xalça, suvenirlər, məişət əşyaları, quru meyvə və şirniyyat da təklif olunur.

Səmərqənd

Daşkənddən Səmərqəndə 270 kilometr məsafə var. Bu, təxminən iki saat qatarla yol deməkdir. XIV əsrdə Səmərqənd Teymurləngin imperiyasının paytaxtı olub, onun XV əsrdə inşa edilmiş Qur-Əmir türbəsi də məhz bu şəhərdə yerləşir. Bu türbənin Aqradakı Tac-Mahal üçün nümunə olduğu söylənilir.

Səmərqənddəki Bibi-Xanım məscidi Teymurləngin sevimli arvadının şərəfinə tikilib. Onun mənası "böyük şahzadə" deməkdir.

Plov və Registan

Əcnəbilər hesab edirlər ki, özbək mətbəxi çox yağlıdır. Özbəklər isə bununla razılaşmır. Süfrəyə təzə tərəvəz, çoxlu süd məhsulları əlavə etməyi sevirlər. Mastava və maşxurda şorbalarının, ispanaq və göyərti ilə samsu supunun dadına baxmağınız tövsiyə edilir.

Plov isə ənənəvi xörəkdir. Ən yaxşı plovu Səmərqənddə bişirirlər. Ən yaxşı balıq Xivədə, kabab Buxarada, ləzzətli laqman isə Daşkənddə olur.

Burda əsas meydanı Registan adlandırırdılar. Səmərqənddə onun ərazisində XV-XVII əsrlərə aid olan üç mədrəsə yerləşir. Bu memarlıq kompleksi UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Böyük Vətən müharibəsi dövründə Moskva, Leninqrad, Kiyev və başqa şəhərlərdən evakuasiya edilmiş insanlar mədrəsədə yaşayırdılar. İndi bu ərazi turizm məkanıdır. Buraya giriş təqribən beş dollardır.

Qızılqum səhrası

Səmərqənddən Buxaraya gedən yolda Uçquduk şəhərinə, həmin "üç quyu"nun olduğu yerə baş çəkmək lazımdır. Şəhər Qızılqum səhrasının ortasında - Amudərya və Sırdərya çaylarının arasında inşa edilib və üç ölkənin - Özbəkistan, Qazaxıstan və Türkmənistanın ərazisinə düşür.

Qızılqum səhrasının ortasında yurd düşərgəsində bir neçə gün keçirməklə, özünüzü əsl köçəri kimi hiss edə bilərsiniz. Burada sizə dəvənin üzərində və cip maşınlarda yarğanlar boyu gəzmək, qumların arasında yaradılan süni göl olan Aydarkulda çimmək, həmçinin insanların, heyvanların və ov səhnələrinin təsvir edildiyi beş mindən çox qayaüstü rəsmin olduğu Sarmış təbii qoruğuna ekskursiya təklif olunacaq. Səhradakı karvansaranın xarabalıqlarını da görməyi tövsiyə edirik.

Buxara

Səmərqənd və Buxara arasında olan 280 kilometrlik məsafəni maşınla dörd saata, sürət qatarı ilə saat yarıma qət etmək olar. Bu ərazidə ən görməli məkan orta əsrlərə aid Lyəbi-Xauz memarlıq ansamblının tərkibində olan keçmiş ticarət meydanı, Ərk qalası, minarə və Qəlyan məscididir.

Samanilər sülaləsinin Buxara şəhərindəki türbəsi IX əsrdə qədim qəbiristanlığın ərazisində inşa edilib. Rəvayətə görə, Çingiz xanın hücumu zamanı yerli sakinlər onu məhv olmaqdan qorumaq üçün üzərinə qum töküblər.

Xivə şəhəri

Xivə şəhərinin qədim hissəsi - İçən-Qala möhkəm qala divarları ilə əhatə olunub. Turistlər adətən müdafiə istehkamlarının kənarına çıxmırlar, çünki bu ərazidə istirahət üçün zəruri olan otellər, suvenir dükanları və s. mövcuddur. Lakin heç bir gecə həyatından söhbət gedə bilməz. Bu, muzey şəhəridir.

Xivə şəhərinin 2500 ildən çox yaşı var. Rəvayətə görə, İçən-Qala Nuh peyğəmbərin oğlu Simin əmri ilə Heyvak quyusunun ətrafında qazılıb. Qədim Xivə şəhəri Orta Asiyada UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş birinci abidədir.

Muynakda gəmi qəbiristanlığı

Muynakda Özbəkistana klassik turlar sırasına daxil deyil və digər şəhərlərdən tamamilə fərqlidir. Buranın atmosferi bir az ağırdır, lakin mənzərələr valehedicidir. Ərazidə gəmi qəbiristanlığı var.

Sovet dövründə Muynak Aral dənizinin sahilində yerləşən liman olub. İndi həmin dənizdən əsər-əlamət qalmayıb və gəmilər qumun üzərində dururlar.

Turistlər Özbəkistandan müxtəlif ədvalar, bitki çayları, ipək şallar, taxta və keramikadan düzəldilən əşyalar alıb aparırlar. Hər bir məsciddə və mədrəsədə suvenir çadırları var.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az