• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
16-11-2021, 05:10

Həkim-endokrinoloq: Şəkərli diabet xəstələri mütləq qaydada...

Həkim-endokrinoloq: Şəkərli diabet xəstələri mütləq qaydada...


Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim-endokrinoloq Xalid Qurbanzadə diabet xəstəliyi ilə bağlı bir sıra sualları cavablandırıb. milli.az həmin müsahibəni təqdim edir.

-"Gizli şəkər" nədir?

- Qanda şəkərin səviyyəsi normadan yüksəkdirsə, lakin şəkərli diabet diaqnozu qoymaq üçün kifayət deyilsə, o zaman həmin şəxsə prediabet (gizli diabet) diaqnozu qoyula bilər. Tam normal orqanizmdə qan şəkəri 100 mg/dl altında olmalıdı, diabet göstərici isə 126 mg/dl-dan yüksək hesab edilir. Məsələn, tədqiqatlar zamanı "Diabetin qarşısının alınması proqramına" qatılan prediabet xəstələrinin 11 faizində diabetin inkişaf etdiyi görülüb. Son zamanlar diabetin diaqnostikasında çox vacib kriteriyalardan biri 3 aylıq şəkər göstəricisidir ki, normal şəxslərdə şəkər miqdarı 5,6 mmol/l altında, diabet xəstələrində isə 6,5 mmol/l çox olanlardır. Şəkər miqdarı qeyd edilən aralıqda olan şəxslər isə prediabetik qrupa daxil olur. Əvvəllər prediabet şəkərə meyillilik kimi qəbul edilirdi. Son vaxtlar mütəxəssislər onların da diabetdəki kimi ağırlaşmalarla üzləşə biləcəyini ehtimal edirlər. Prediabetik üçün düzgün təyin edilmiş müalicə və sağlam həyat tərzi ilə bu mərhələni uzadıb diabetə keçid müddətini uzatmaq mümkündür. Ötən ilin statistikasına əsasən, tibb müəssisələrində qeydiyyatda olan şəkər xəstələrinin sayı 287 min 466 nəfərdir.

- Diabetin əlamətləri hansılardır?

- Qidalanma yolu ilə qana keçən qlükoza insulin hormonunun azlığından hüceyrələr tərəfindən sorula bilmir və qanda şəkər yüksəlir. Qanda şəkərin artmasına "hiperqlikemiya" deyilir. Şəkərin diaqnozu üçün 8 saatlıq aclıqdan sonra qan şəkərinin normal dəyəri 100-110 mq/dl olmalıdır.

Qandakı yüksək şəkər səviyyəsinə nəzarət edilmədikdə və yüksəlmə davamlı olaraq baş verdikdə, bu, daxili orqanların ciddi struktur zədələnməsinə səbəb olur. Yüksək qan şəkəri ilə əlaqəli diabet simptomları diabetin klassik 3P simptomları adlanır. Bu simptomlar polidipsiya (həddindən artıq susuzluq və su içmək istəyi, maye qəbulunun əhəmiyyətli dərəcədə artması), poliuriya (çox tez-tez sidiyə getmə) və polifagiyadır (çox yemək istəyi, iştahanın artması).

Bunlara əlavə olaraq, yorğunluq və zəiflik, ağızda quruluq, tez-tez yaranan aclıq hissi, səbəbsiz çəki itkisi və bulanıq görmə də digər ümumi diabet simptomlarıdır.

- Kimlər risk qrupuna aiddirlər?

- Bədən kütlə indeksi yuxarı olanlarda şəkərli diabetə tutulma ehtimalı digərlərindən beş dəfə çox olur. Birinci dərəcəli qohumlarında (ana, ata, qardaş kimi) şəkərli diabet olanlar, polikistoz yumurtalıqlar sindromu (PKYS) olan qadınlar, ürək-damar xəstəliyi və ya yüksək qan təzyiqi olanlar, əvvəllər gizli şəkər diaqnozu qoyulmuş xəstələr yüksək risk qrupuna daxildirlər.

- Evdə qan şəkərinin ölçülməsi tezliyi nə qədər olmalıdır?

- Qanda şəkərin ölçülməsi tezliyi diabet xəstəsinin ehtiyacları ilə müəyyən edilir. Bu sualın ən dəqiq cavabı sizdən və həkiminizin qərarından asılıdır. İnsulindən istifadə edən birinci tip diabet xəstələri şəkərin miqdarını gündə ən azı dörd dəfə ölçməli və əvvəlki ölçmənin nəticələrinə uyğun olaraq insulin dozasını və yemək planlarını tərtib etməlidirlər.

İnsulindən istifadə etməyən ikinci tip diabetli xəstələrdə gün ərzində qan şəkərinin dəyişməsi daha az olur, buna görə də belə diabet xəstələri adətən digərləri qədər qan şəkərini ölçməyə ehtiyac duymurlar. Bu xəstələrdə yeni müalicəyə keçərkən, dozanı tənzimləyərkən və həyat tərzində əhəmiyyətli dəyişiklik edərkən tez-tez ölçmə aparılmalıdır. Bu hallarda, səhər yeməyindən əvvəl və axşam yeməyindən əvvəl gündə iki ölçmə kifayətdir.

- Şəkər xəstələri COVID-19 əleyhinə vaksini vurdura bilərmi?

- Şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az