• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
12-11-2021, 06:06

Hamilə qadın namaz qılarkən çətinlik çəkirsə nə etməlidir?

Hamilə qadın namaz qılarkən çətinlik çəkirsə nə etməlidir?

Fərz və ya vacib namazlarda başlanğıc (iftitah) təkbiri və hər rükətdə Qurandan lazım olan miqdarı oxuyacaq qədər ayaq üstə durmaq namazın rüknlərindəndir. Belə olan halda ayaq üstə durmağa gücü çatan kimsənin oturaraq qıldığı fərz və ya vacib namaz məqbul deyil. Xəstəliyindən ötrü namazda rüku və səcdə edə bilməyən şəxs namazı oturaraq - bardaş quraraq və ya ayaqlarını yana və ya önə doğru uzadaraq - qıla bilər. Ayaqlarını yana və ya qibləyə uzadaraq da olsa yerə otura bilməyən ayaq üstə və ya stul, kürsü və s. üstündə oturaraq namazını əda edə bilər. Narahatlığı olduğu üçün ayaq üstə namaz qılmaqda çətinlik çəkən İmran İbn Husaynın (r.a) sualına cavab olaraq Allaın Rəsulu (s.ə.s) belə buyurmuşdur: "Namazı ayaq üstə qıl, əgər buna gücün çatmazsa oturaraq, yenə gücün çatmazsa söykənərək qıl." Nəsainin rəvayətində belə bir əlavə var: "Əgər gücün çatmazsa, arxası üstə qıl. Allah heç kimə gücünün çata bilmədiyindən artığını yükləməmişdir."[1]

Xəstə və ya üzrlü (namazını ayaq üstə əda edə bilməyən) şəxs üsuluna görə, namazını ima[2] ilə qılar. İma ilə namaz qılan adam azca əyilərək rüku, bir az da əyilərək səcdə edər. Bununla yanaşı bədənin baş ilə birlikdə əyilməsi ilə də ima etmiş olar. Bir adam ayaq üstə dayanmağa gücü çatdığı halda, rüku və səcdə etməyə gücü çatmırsa, ayaqda və ya oturaraq ima edə bilər. Ancaq oturaraq ima etməsi daha uyğundur. Başı ilə ima etməyə gücü çatmayan kimsə namazını qəzaya buraxar, gözləri, qaşları və ya qəlbi ilə ima edərək namazı əda edə bilməz.[3]

Xəstə bir yerə söykənərək ayaq üstə namaz qıla bilirsə fərz namazları oturaraq qıla bilməz.

Bundan əlavə bir müddət ayaq üstə qılmağa gücü çatan kimsə həmin müddət ərzində ayaq üstə durmalı, sonra oturaraq namazını tamamlamalıdır. Hətta iftitah təkbirini ayaq üstə ala bilən bu təkbiri ayaq üstə almalı, sonra oturub namazının geri qalanını qılmalıdır.

Narahatçılığı səbəbilə səcdəyə tam şəkildə əyilə bilməyənin, səcdə yerini kürsü və ya yastıq kimi bir şeylə yüksəltməsinə ehtiyac yoxdur. Rüku və səcdələri gücü çatdığı qədər əyilərək ima (işarə) ilə etməlidir.

Cabir (r.a) Rəsulullahdan (s.ə.s) belə nəql edir: "Hz. Peyğəmbər (s.ə.s) bir xəstə ziyarətinə getmişdi. Xəstənin yastıq üstünə qoyulan bir taxtaya səcdə etdiyini gördü. Allah Rəsulu dərhal bunları götürtdürərək belə buyurdu: "Əgər gücün çatarsa, namazı yer üzərində qıl. Buna gücün çatmazsa ima (işarə) ilə namaz qıl və səcdəni rükudan daha çox əyilərək et."[4]

Rüku və səcdəni tam olaraq etməyə gücü çatan bir şəxs (xəstə) ima ilə namaz qılarsa, bu doğru deyil namazını təkrar qılmalıdır.

Hamilə qadın namazda rüku və səcdə etməsi özünə və ya qarınındakı uşağa zərər verəcəksə, yuxarıda izah edilənlərdən özünə uyğun gələn şəkildə namazını əda edər. Yəni namaza başlayandan qurtarana qədər ayaq üstə dayana bilmirsə ilk rükətə ayaq üstə başlamalı sonrakı rükətləri təhiyyatda olduğu kimi oturaraq davam etməlidir. Azca əyilərək rüku, bir az da əyilərək səcdə etməlidir. Amma qarşısında nə isə qoyub onun üstünə səcdə etməz. Əgər buna da gücü çatmırsa namazını stulda oturaraq ima ilə qıla bilər.

Bir məsələdə var ki, qadın hamiləlik dövründə özünə və ya körpəsinə zərər gələcəyinə özbaşına qərar verə bilməz. Buna inanclı həkim qərar verməlidir. Amma qadın ayaq üstə duranda və ya rükü və səcdələrdən sonra özünü halsız, narahat hiss edirsə bu zaman namazını oturaraq qılar.

[1]Buxari, Təqsir, 19; Əbu Davud, Səlat, 175; Tirmizi, Səlat, 157; İbn Macə, İqamə, 139; Bax. Bəqərə, 2/286.

[2] İma namazda başı qabağa tərəf əyməklə edilən işarədir (hərəkətdir).

[3] Mövsili, əl-İxtiyar, I, 76-78.

[4] Zeyləi, Nəsbur-Rayə, II, 75.


milli.az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az