
PSJ-nin futbolçusu Serxio Ramos klubdan ayrılmayacaq.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə onun meneceri və qardaşı Rene Ramos danışıb. Menecer 35 yaşlı müdafiəçinin Paris təmsilçisi ilə müqaviləyə xitam verməyəcəyini bildirib.
Daha əvvəl Ramosun PSJ-dən tezliklə ayrılacağı haqda məlumatlar yayılmışdı.
Qeyd edək ki, Ramos bu ilin iyul ayında PSJ-yə keçib.
Nyus.Az

























