“Barələrində cinayət işi başladılan 44 nəfər axtarışdadır”.
Bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülən işlərlə bağlı kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
K.Əliyev bildirib ki, bunların 34-ü xarici ölkədədir, 10 nəfər isə ölkə daxilindədir.