
3 il əvvəl əməliyyatla cinsiyyətini dəyişdirib qadın olan Selin Ciyerci İnstaqramda onu tənqid edən izləyicisinə cavab verib.
Nyus.Az axşam.az-a istinadən bildirir ki, Selin sosial mediada sevgilisi, futbolçu Gökhan Çıra ilə birgə çəkilmiş şəklini yerləşdirib. İzləyicilərdən biri fotonun altına "Kişisən sən, kişi. Allahdan qorxmursunuz? Utanmaz-utanmaz "Yaraşırsız" yazmısız" şərhini qeyd edib.
Bu şərh Selini özündən çıxarıb. O, sosial şəbəkə istifadəçisinə belə cavab verib:
"Özü mənə yazıb cavab ala bilməyənlər belə deyirlər. Boş verin".




























