
FİFA prezidenti Canni İnfantino milli yığmalardan ibarət yeni turnir yaratmaq niyyətindədir.
Bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, yeni yarışma futbol üzrə dünya çempionatının mini variantı olacaq.
Yarış 2021-ci ilin oktyabr və ya noyabrından başlayaraq ildə iki dəfə keçiriləcək. "Final 8" adlı turnirdə 8 yığma iştirak edəcək.
Bundan əlavə, İnfantino Konfederasiyalar Kubokundan da imtina etməyi planlaşdırır.

























