
Cənubi Koreyanın İnçxon aeroportunda təmizlik işçisi dəyəri 330 min dollar olan qızıl külçələr tapıb. Bu barədə “The Korea Times” nəşri xəbər verib. Polis bu qızıllardan qurtulmağa çalışan şəxsin kimliyini müəyyənləşdirsə də, onun adı hələ ki açıqlanmır.
Qanuna görə, əgər sahibkar itirdiyi əşya barədə yarım il ərzində hər hansı bəyanat vermirsə, tapılan əşyanın 1-20 faizi qədər məbləğ onu tapan şəxsə verilir. Bu isə təxminən 16-65 min dollar məbləğində vəsait deməkdir. Nəşrin yazdığına görə, polisdə qızıl sahibinin yaxalanmamaq üçün ondan qurtulduğu barədə versiya var. Əgər qızılın oğurluq olduğu və ya hər hansı cinayətkar tərəfindən qarət olunlanduğu sübuta yetirilsə, bu halda təmizlik işçisi ona iddia edə bilməyəcək.
Musavat.com

























