
Binəqədi rayonu 7-ci mikrorayon, Fərman Məlikov küçəsinin sakinləri həmin ərazidə tikilən hündürmərtəbəli binadan narazıdırlar. Sakinlər bildirir ki, tikinti qanunsuz, təhlükəlidir və binanın yerləşdiyi ərazi şəhərsalma proqramı baxımından düzgün deyil. Məsələ ilə bağlı qarşı tərəf kimi tikintinin sifarişçisi olan şirkətin nümayəndəsinə müraciət etdik. Amma təəssüf ki, tikintiyə cavabdeh tərəf suallarımızı cavablandırmadı. //Anews Tv//

























