• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
6-09-2021, 08:16

Siz dişlərinizi düzgün təmizləyirsinizmi?

Siz dişlərinizi düzgün təmizləyirsinizmi?

Dişlərə düzgün qulluq edilməsi - onların sağlam və gözəl saxlanılması üçün əsas şərtdir. Dişləri hər gün səhər yeməyindən və axşam şam yeməyindən sonra yatmamışdan qabaq təmizləmək lazımdır.

Hər dəfə yeməkdən sonra ağız boşluğunu mütləq xüsusi eleksirlərdən (apteklərdə və dükanlarda satılır) istifadə etməklə yaxalamaq, ən yaxşısı isə, əgər imkan varsa, hər yemək qəbulundan sonra dişləri, diş fırçası vasitəsilə diş pastaları ilə təmizləmək lazımdır.

Dişlərin təmizlənməsi 3 dəqiqə ərzində aparılmalıdır. Özözünə 180-ə qədər saymaq da olar. İlk öncə dişlərin xarici səthini, sonra daxili səthini, sonda isə çeynəmə səthlərini təmizləmək lazımdır. Əgər dilin üzərində ağ ərp varsa, o da təmizlənməlidir. Hal-hazırda satışda dili təmizləmək üçün müvafiq yeri olan xüsusi diş fırçaları vardır.

Dişlərin təmizlənməsi çənələrin açıq vəziyyətində olmaqla aparılır. Əvvəlcə üst çənədəki, sonra isə alt çənədəki dişlər təmizlənir. Çənənin sol tərəfindən başlayaraq, hər 2 dişi diş fırçasının 10 hərəkəti ilə təmizləmək lazımdır. Fırçanın hərəkətləri vertikal (üstdən aşağı) istiqamətdə və süpürgələyici (damaqdan dişin kəsici hissəsinə tərəf) şəkildə olmalıdır. Hesablanmışdır ki, dişlərin effektiv təmizlənməsi üçün fırça ilə 400-dən az olmayaraq hərəkət etmək lazımdır.

Əgər insan dişlərini təmizləyərkən ancaq üfqi hərəkətlərdən istifadə edərsə, bu, diş emalının silinməsinə gətirib çıxara bilər.

Axşam dişləri təmizlədikdən sonra barmaqlarınızla damaqlarınızı masaj etmək də tövsiyə olunur. Damaqları masaj etmək üçün təmiz barmaqları damağın üzərinə qoyub, dişlərə tərəf olmaqla dairəvi hərəkətlər etmək lazımdır. Masaj 5-7 dəqiqə ərzində davam edir. Proseduradan qabaq damaqlara diş pastası da sürtmək olar. Ağız boşluğunun və damaqların iltihabi xəstəlikləri zamanı masaj etmək olmaz.

Diş fırçasını seçərkən fırçalayan hissəsində tük dəstləri sıx olmayan və üst səthinin ortasında çöküklük olan fırçalara üstünlük vermək lazımdır. Bu şəkildə olan diş fırçalarının fırçalayan hissəsi dişlərin arasına daha asanlıqla daxil olur. Diş fırçasının baş hissəsi kiçik, tükləri mümkün qədər orta bərklikdə və dişlərə sürtülməli olan kənarları bir qədər girdələşmiş olmalıdır. Fırçanın tutacaq hissəsi bir qədər bükük olmalıdır.

Diş fırçasını havası quru olan (vanna otağında yox!) otaqda, stəkanın içində, baş hissəsi yuxurı olmaqla saxlamaq və hər 3 aydan bir dəyişmək lazımdır. Hər dəfə işlədildikdən sonra fırçanı axar su altında sabunla yumaq lazımdır.

Dişlərin təmizlənməsi üçün ən yaxşısı ftorlu pastalardan istifadə etməkdir. Belə ki, ftoridlər karieslə mübarizədə ən effektiv vasitələrdən sayılır. Tərkibində xörək duzu olan pastalar hamilə qadınlara və diş ətinin qanamasından əziyyət çəkənlərə məsləhət görülür.

Dişlərin təmizlənməsi üçün istifadə edilən vasitələrdən biri də floslar və ya diş təmizləyici saplardır. Dişlərin yan səthlərinə diş fırçalarının daxil ola bilmədiyi üçün, onları diş sapları ilə təmizləmək lazım gəlir. Qalın və nazik, mum sürtülmüş və mum sürtülməmiş floslar və hətta ftorlaşdırılmış saplar da olur. Müm sürtülmüş flos dişlər arasına daha asanlıqla keçir. Ancaq dartılarkən daha həcmli olan (mum sürtülmüş flosa nisbətən) müm sürtülməmiş flos dişləri daha yaxşı təmizləyir. Şəhadət barmaqlarınızın uc hissələrinə dolanmış 20 sm uzunluğunda olan diş sapını tarım şəkildə dartaraq, dişlərin aralarına salıb dişlərin yan səthlərini təmizləyin. Hər dişarası sahə 2 dəfə təmizlənir. Bu proseduranı hər gün etmək məsləhət görülür.

Yeməkdən sonra ağız boşluğunu təravətləndirmək və təmizləmək üçün diş eleksirlərindən (xüsusi maye) istifadə olunur. Eleksirlərin tərkibinə daxil olan vitaminlər, dərman bitkilərinin ekstraktları, efir yağları, fermentlər ağız boşluğunun selikli qişasına müsbət təsir göstərir. Hər dəfə dişləri təmizlədikdən sonra ağız boşluğunu diş eleksirləri ilə yaxalamaq da yaxşı olar.

Yeməkdən sonra saqqızdan istifadə edilməsinə gəldikdə isə, o doğrudan da tüpürcəyin artmasına səbəb olur. Tüpürcəyin tərkibində olan bəzi maddələr diş emalını zədələyən mikroblara qarşı antibakterial xüsusiyyətlərə malikdir. Ancaq saqqızı 5-7 dəqiqən artıq və acqarnına çeynəmək olmaz!

Və sonda ən vacib şərt - əgər siz dişlərinizin uzun müddət sağlam və gözəl qalmasını istəyirsinizsə, heç bir halda diş həkiminə getməyi gecikdirməyin, hər altı aydan bir, diş həkiminin profilaktik müayinəsindən keçin.//milli.az//

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az