• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
23-08-2021, 08:16

Peyğəmbərimizin (ə) ömrünün son saatları

Peyğəmbərimizin (ə) ömrünün son saatları

Rəhmət Peyğəmbərinin (s) vəfatı İslam tarixində ən qəmli hadisə kimi qeyd edilmişdir. İmam Əli (ə) Həzrətin (s) ruhsuz bədəninə qüsl verəndən sonra onu kəfənlədi və sonra da üzündəki kəfəni kənara çəkib, Həzrətə (s) belə xitab etdi: "Atam, anam sənə fəda olsun! Sənin vəfatınla nübuvvət və İlahi vəhy və səma xəbərlərinin arası kəsildi. Əgər bizi müsibətlər qarşısnda səbir etməyə dəvət etməsəydin, sənin ayrılığına görə elə göz yaşı tökərdim ki, gözümün göz yaşları bulağı quruyardı. Bizim bu müsibətə qəmgin olmağımız həmişəlikdir. Baxmayaraq ki, bu qədər qəm sənin müsibətin üçün çox azdır. Ancaq bundan başqasına çarə yoxdur. Bizi o biri dünyada yada sal və xatirində saxla".

Sonra mübarək üzünü kəfənlə bağlayır və onu dəfn edir.

Şeyx Müfid nəql edir: "O zaman ki, Rəsullah (s) əcəlinin yaxınlaşmasından xəbərdar oldu, müsəlmanları hər fürsətdə fitnədən uzaq olmağa dəvət edir. Müsəlmanlara sünnətə bağlı olmaqlarını və vəhdət təşkil etmələrini tövsiyə edərdi. Onları Əhli-beytinin (ə) ardınca getməyə və onları qorumağa dəvət edirdi. Onlara qarşı çıxmaqdan çəkindirirdi. Həzrət (s) buyurardı: "Ey insanlar! Mən sizin aranızdan gedirəm, siz Kövsər hovuzunda mənimlə görüşəcəksiniz. Agah olun ki, sizə iki şeyə görə sual verəcəyəm. Bilin, Allah mənə xəbər vermişdir ki, məni görmək üçün bu ikisi gərək bir-birindən ayrılmasın. Mən bunu Allahdan istəmişəm və O da mənə veribdir. Agah olun ki, mən bu ikisini sizin aranızda qoyuram. Allahın Kitabını və itrətimi. Bu ikisindən irəli getməyin ki, ayrıla bilərsiniz, geri qalmayın ki, həlak olarsınız. Çalışmayın ki, bu ikisinə nəyisə öyrədəsiniz. Çünki o ikisi sizdən daha agahdırlar. Ey insanlar! Elə olmayın ki, məndən sonra küfrünüzə geri qayıdasınız. Bir-birinizin qanını tökəsiniz. Agah olun ki, Əli ibni Əbitalib (ə) mənim qardaşım və vəsimdir".

Şeyx Müfud nəql edir: "Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurur: "Cəbrayil (ə) hər il Quranı bir dəfə mənə təqdim edərdi. Bu il isə iki dəfə təqdim etmişdir. Bunun səbəbini əcəlimin çatmağından başqa bir şeydə görmürəm. Ya Əli! Mən dünya xəzinəsi ilə behişt arasında ixtiyar sahibi olmuşam. Ancaq Pərvərdigarımla görüşü və behişti seçmişəm".

Şeyx Müfid yazır: "O zaman ki, insanlar Həzrətin (s) xidmətindən bayıra çıxırlar, Həzrət (s) buyurur: "Qardaşım Əli ibni Əbutalibi və əmimi mənim yanıma gətirin". Onlar Həzrətin (s) yanına gəlirlər. Həzrət (s) üzünü əmisinə çevirib buyurur: "Ey Abbas! Ey Rəsulallahın əmisi! Mənim vəsiyyətimi qəbul edərsənmi, vədələrimə əməl edərsənmi?".

Abbas dedi: "Ey Allahın Rəsulu! Sənin əmin qoca kişidir və yaşı keçmişdir. Sən səxavətli və kərim bulud kimi idin və ola bilsin ki, sənin elə vədən olsun ki, əmin yerinə yetirə bilməsin". Sonra Peyğəmbər (s) üzünü İmam Əliyə (ə) çevirib, buyurur: "Ey mənim qardaşım, mənim vəsiyyətimi qəbul edərsənmi, vədlərimə əməl edəcəksənmi? Məndən sonra ailəmin işlərini yerinə yetiəcəksənmi?"

İmam Əli (ə) buyurur: "Bəli, ey Allahın Rəsulu!".

Bu zaman əmr edir ki, qılıncını, zirehini, bütün şəxsi ləvazimatlarını və hətta belinə bağladığı parçanı gətirsinlər. Bütün bu deyilənləri gətirəndən sonra, onların hamısını İmam Əliyə (ə) tapşırdı. Sonra əlindəki üzüyü çıxardıb, buyurdu: "Bunu da al və əlinə tax". Sonra Əlini (ə) qucaqlayıb, buyurdu: "Allahın adı ilə evinə get".

Əmmar soruşdu: "Atam, anam sənə fəda olsun, əgər bu hadisə baş versə, sizə kim namaz qılsın?". Həzrət (s) üzünü Əliyə (ə) çevirib buyurdu: "Ey Əbitalibin oğlu! Ruh bədənimdən çıxandan sonra bədənimə yaxşı qüsl ver və məni bu iki parça arasında kəfənlə. Məni bahalı kəfənlə kəfənləmə. Sonra cənazəmi qəbrimin kənarına gətir. Bu zaman əvvəl Allah Təala ərşin yuxarısında, sonra Cəbrayil (ə), Mikayil (ə), İsrafil (ə) və sayını Allahdan başqası bilməyən mələklər və o kəslər ki, ərşdədirlər, sonra yeddi səmanın sakinləri biri o birisindən sonra, Əhli-beytim (ə), həyat yoldaşlarım bir-birinin ardınca mənə namaz qılarlar. Onlar mənə işarə edər və mənə salam göndərərlər. Ona görə siz də ağlayaraq, sızlayaraq, məni incitməyin".

Şeyx Müfid İbni Abbasa istinad edərək yazır: "Ənsarın kişi və qadınları məsciddə toplaşıb, ağlayırdılar. Onlar Peyğəmbər (s) üçün ağlayırdılar. Həzrət Əli (ə) və Abbas bu məsələni Peyğəmbərə (s) çatdırırlar. Peyğəmbər (s) buyurur: "Mənim əlimdən tutun". Başına parşa bağlanmış halda məscidə daxil olur. Minbərdə əyləşib, buyurur: "Ey insanlar! Nə səbəb olub ki, peyğəmbərinizin ölümünü inkar edirsiniz? Məgər ölüm məni və sizlərin hamınızı əhatə etmirmi? Əgər kiminsə cavidan qalması təqdir edilsəydi, həmişəlik sizin aranızda qalardım. Agah olun ki, mən Pərvərdigarıma qovuşacağam. Sizin aranızda da əmanətlərimi qoyub gedirəm ki, onlara söykənsəniz, heç bir zaman yolunuzu azmazsınız. Allahın Kitabı əlinizdədir, gecə-gündüz onu oxuyun. İtrətim və Əhli-beytim (ə), sizləri onlara yaxşılıq etməyi tövsiyə edirəm. Sizi ənsara yaxşılıq etməyi tövsiyə edirəm. Hər zaman xatırlayın ki, Allahın, Peyğəmbərin (s) və möminlərin yanında onların hansı məqamları var idi. Onlar çətinliklə ola-ola sizə pənah yeri və imkanat vermişdilər".

Bu Həzrətin (s) son məclisi idi, Həzrət (s) üzünü insanlara çevirib son dəfə buyurdu: "Ey insanlar, bilin ki, məndən sonra peyğəmbər gəlməyəcəkdir. Mənim sünnətimdən sonra sünnət mövcud deyildir. Hər kim peyğəmbər olduğunu iddia edərsə, öz iddiası olar. Yeri cəhənnəm olacaqdır. Hər kim peyğəmbər olduğunu iddia edərsə, onu qətl edin. Ey insanlar, haqqı ayaqda saxlayın, ondan ayrılmayın, müsəlman qalın ki, qalıcı olasınız".

Bəli, bu Həzrətin (s) son xütbəsi idi və Həzrət (s) evinə qayıdır və mübarək gözlərini bu fani dünyaya bağlayır və Haqqın rəhmətinə qovuşur. Peyğəmbəri (s) öz evində dəfn edirlər, çünki özü belə vəsiyyət etmişdi...

Allah Təala bizləri o Həzrətin (s) yolunu gedənlərdən qərar versin!

Milli.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az