
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 069 yeni yoluxma faktı qeydə alınıb, 1 180 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 391 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 345 783 nəfər müalicə olunaraq sağalıb, 5 308 nəfər vəfat edib. 40 415 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 976, bu günə qədər isə ümumilikdə 4 319 841 test icra olunub.
Son sutkada Azərbaycanda koronavirus əleyhinə 60 191 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 542 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 170 376, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 713 143 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 457 233 təşkil edir.//virtualaz.org//

























