• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
13-08-2021, 08:38

Hövsanda gözətçini kim(lər) vəhşicəsinə öldürüb? - NARAZILIQ!

Hövsanda gözətçini kim(lər) vəhşicəsinə öldürüb? - NARAZILIQ!

Suraxanı rayonu, Hövsan qəsəbəsində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Zığ şossesi-Hava Limanı 12-ci kilometrliyində inşa etdiyi Hövsan yaşayış kompleksinin qarovulçusu, 1992-ci il təvəllüdlü Rüstəm Adil oğlu Bayramov 10 oktyabr 2020-ci ildə qətlə yetirilib.

Rüstəm Bayramovun atası Adil Bayramov oğlunun qətlinin üstünün açılmamasına etiraz edir. O, baş prokuror Kamran Əliyevə müraciət edərək cinayət işinin Suraxanı Rayon Prokurorluğundan alınaraq Ağır Cinayətlərin İstintaqı İdarəsində araşdırılmasını istəyir:

“10 aydır ki, Suraxanı Rayon Prokurorluğunda başlanmış cinayət işi yerində sayır. Cinayətin üstünü açmağa həvəsli görünmürlər. Oğlumun meyiti qarovulçu olduğu sosial binaların yaxınlığında, yoldan 15 metr aralıda aşkar olunub. Bu haqda mənə polis məlumat verdi. Həmin zaman pandemiya ilə bağlı karantin günləri idi, gecələr küçəyə kimsənin çıxmasına icazə verilmirdi. Mən oktyabrın 9-da axşam 5-də oğlumu aparıb iş yerinə çatdırmışam. Axşam 10-na işləmiş Rüstəm mənə zəng edib, telefonla danışmışıq. Səhər 7-də də mən ona işə yemək aparmalı idim. Rüstəm günortalar orada fəhlə, axşamlar isə qarovulçu işləyirdi ki, ailəni dolandırsın. Mən evdən çıxandan Rüstəmə zəng elədim, cavab vermədi. Yolda telefonuma zəng gəldi. Danışan polis idi, dedi ki, gəl 30-cu polis bölməsinə. Bölməyə getdim, növbətçi hissədən dedilər ki, gözlə. Su, yemək verdim, dedilər ki, götürmürük. 11-in yarısı oldu, mənə dedilər ki, oğlunu öldürüblər”.

Adil Bayramov deyir ki, “Araz-İnşaatçı” MMC-nin işçisi olub, 1 il 7 ay ərzində sosial binaların tikintisində fəhlə kimi çalışıb: “2019-cu ilin dekabrında tanışım Taleh Hüseynov məni aldadaraq maşınımı öz adına keçirdi, banka girov qoyub pul aldı. Bunu biləndən sonra aramızda söz-söhbət oldu, Rüstəm də buna görə onunla mübahisə etdi. Sözləşdilər, bir-birinin yaxasından tutdular. 2020-ci il martın 21-nə qədər mübahisə, söz-söhbət davam etdi. Taleh maşına görə hər gün 10 manat ödəməli olsa da, ödəmirdi. Mübahisə də buna görə davam edirdi. Taleh Hüseynov Novruz bayramında oğlum Rüstəmi Hövsana çağırdı. Mən də getdim. Çünki bundan əvvəl deyirdi ki, Rüstəmi öldürəcəyəm. Ona görə də mən də oğlumla bərabər getdim. Gördüm ki, Taleh Hüseynov yanında iki idmançı görkəmli şəxslə gəlib. Hövsan Bələdiyyə binasının yanında onlar oğluma hücum etdilər. Talehin əlində bıçaq vardı, oğlumu vurmaq istəyirdi. Həmin vaxt ora 541 çağırış nişanlı Post-Patrul Xidmətinin avtomobili gəldi. Taleh Hüseynov polisi görəndə bıçağı yerə atmışdı. Salman adlı polis onları saxladı, bizi bölməyə apardılar. Polisdə ona dedilər ki, get, maşını girovdan çıxar. Sənə yaxşılıq ediblər, sən əvəzində pislik eləmə. Bundan sonra Taleh Hüseynov itdi. Mən maşınla taksi fəaliyyəti ilə məşğulam, maşın olmasa, dolana bilmərik. Rüstəm də maşınım əlimdən çıxmasın deyə fəhlə işlədiyi binada qarovulçu işinə də keçdi. Gecə-gündüz işləyirdi ki, birtəhər dolanaq. Oğlum evə gəlmirdi ki, pul qazansın, maşının pulunu verək. Talehin qardaşı da deyirdi ki, o, harasa gedib, ölkədə deyil. Mənim oğlumu təhdid edən, öldürmək istəyən Taleh olub”.

Adil Bayramovun sözlərinə görə, hadisə baş verəndən sonra onu Suraxanı Rayon Prokurorluğuna dəvət ediblər: “Orada müstəntiqin yanında Rüstəmin işlədiyi yerdə videolara baxdıq. Görünürdü ki, binada onunla bərabər çalışan Kərim adlı digər qarovulçu ilə bir-birilərini itələyirlər. Kərim də deyir ki, həmin gün axşam Rüstəmi evə yola salıb. Mən də deyirəm ki, Rüstəm karantinlə əlaqəli qapanma olduğuna görə evə piyada gələ bilməzdi. Ona maşın lazım olacaqdı. Cavab vermir, deyir ki, get, sənin oğlunun meyitini tapdığını deyən qadınlardan yapış. Həmin qadını da çağırıb dindiriblər. O da deyir ki, gecə idi, küçəyə çıxdım, yanımda gəlinim vardı, itlər bizi parçalamasın deyə əlimizə daş götürmüşdük. Getdiyimiz yerdə bir nəfərin zarıdığını gördük. Gedib oğlumu çağırdıq, o da gəlib telefonla işıq saldı, gördük bir cavan oğlandır. Bu adamlar da polisə xəbər verməyiblər. Oğlumu kim tapıb, hadisə necə olub, bizə demirlər. Bildiyim odur ki, oğlumun başını daşla əziblər. Bunu kim edib sualına da 10 aydır ki, istintaq cavab verə bilmir”.

Adil Bayramov baş prokuror Kamran Əliyevdən xahiş edir ki, cinayət işinin istintaqını nəzarətə götürməklə tez bir zamanda açılmasını təmin etsin.
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az