
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər istiqamətində atışmalar dayanıb. Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, hazırda həmin istiqamətdə vəziyyət sabitdir. Nazirlik bildirir ki, əməliyyat şəraiti Azərbaycan ordusunun nəzarəti altındadır.
Ermənistan Müdafiə Nazirliyi də analoji məlumat yayıb, atışmaların dayandığını bildirib. Erməni tərəfinin məlumatında bildirilir ki, dünənki atışmada yaralanan üç hərbçidən birinin vəziyyəti “olduqca ağırdır”.
Xatırladaq ki, Kəlbəcər istiqamətində düşmən snayperi Azərbaycan ordusunun gizirini vurub, buna cavab olaraq ordumuz cavab tədbirləri görüb. İntensiv atışmalar dünən gecə saatlarına qədər davam edib. //Virtualaz.org//
Nyus.Az

























