• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
17-07-2021, 07:12

Bildirçin yumurtasının faydaları

Bildirçin yumurtasının faydaları

Bildirçin yumurtası dietik qidalardan hesab edilir. Bildirçin yumurtasını əsasən uşaqların qida rasionuna daxil edirlər. Bunun səbəbi isə bildirçin yumurtasının müxtəlif yaş dövrlərində uşağın fiziki və zehni inkişafına müsbət təsir etməsidir. Bu yumurtanın tərkibində olanlar uşaq orqanizminin xəstəliklərə qarşı olan dözümlülüyünü artırır. Bildirçin yumurtasının rəngi açıq qəhvəyi və üstü tünd ləkələrlə örtülmüş olur. Bu yumurtanın çəkisi 10-12 qramdır. Bildirçin yumurtasının orqanizmə faydası Qədim Misir dövründən məlumdur. Onun faydaları barədə yapon alimləri araşdırmalar aparmış və öyrəndiklərini məqalələrində qeyd etmişdir. Bildirçin yumurtasının çiy, suda bişmiş, qızardılmış halından istifadə edilir. Ondan müxtəlif şirniyyatların hazırlanması zamanı da istifadə edirlər. Bildirçin yumurtası yemək insanların yaşlarından asılı olaraq müxtəlif normalarda olmalıdır. 1-3 yaşlı uşaqlara gün ərzində 1-2, 3-10 yaşlı uşaqlara 3 , 10-18 yaşlılara 4, 18-50 yaşlı adamlara 5-6 , 50 yaşdan yuxarı adamlara isə gün ərzində 4-5 ədəd bildirçin yumurtası yemək norma sayılır. Bildirçin yumurtası yeməyin orqanizmə faydası onu iki həftə yedikdən sonra özünü göstərir. Ondan faydalanmaq üçün isə iki həftə ərzində davamlı olaraq hər gün bildirçin yumurtası yemək lazımdır. Əks halda onu yeməyin effekti olmur. Orqanizm üçün ən faydalı bildirçin yumurtasını çiy halda yeməkdir. Lakin, bu zaman sağlam bildirçinin yumurtasını almaq lazımdır. Bildirçin yumurtası alarkən onun termiki işlənməsinə və saxlanmasına da diqqət yetirmək lazımdır. Yumurtanın lazım olan qaydada saxlanılması onun keyfiyyətli qalmasına səbəb olur. Onu suda 15 dəqiqədən çox bişirmək olmaz. Uzun müddət bişirilmə prosesi bildirçin yumurtasının tərkibində olan vitamin, amin turşuları və mineralların tərkibinin pozulmasına səbəb olur.
100 qram bildirçin yumurtasının qida dəyəri
- Zülallar - 11,9 qr
- Yağlar - 13,1 qr
- Karbohidratlar - 0,6 qr
- Su - 73,2 qr
- Kalori - 168 kKal.
Bildirçin yumurtasının tərkibində müxtəlif qidalandırıcı maddələr, A, B1, B2, PP vitaminləri, dəmir, fosfor, kolbat, kalium, kalsium, əvəzolunmaz amin turşuları(treonin, tirozin, qlisin, lizosin, histidin və s.) var. Bildirçin yumurtasının tərklibində ola lizosin bağırsağın mikroflorasını yaxşılaşdırır, tirozin dərinin sağlamlaşdırır, möhkəmləndirir və onun rənginin gözəlləşməsinə səbəb olur. Bu yumurtanın ən yaxşı xüsusiyyəti onun orqanizm üçün heç bir mənfi təsirinin olmamasıdır. Bildirçin yumurtasından qastrit, mədə-bağırsaq yarası, maddələr mübadiləsinin pozğunluqları, həzm sistemi pozğunluqları, pnevmoniya, astma, vərəm, bronxit, təzyiqin aşağı olması, anemiya, ürək xəstəlikləri, göz xəstəlikləri, sidik sistemi üzvlərinin xəstəlikləri, öd kisəsi və mədəaltı vəzi xəstəlikləri zamanı istifadə edilir. Bildirçin yumurtası zehni inkişafı, yaddaşı sürətləndirir, diqqətin toplanmasına yardım edir, sinir və immun sistemi möhkəmləndirir. O uşaqlarda boyun inkişaf etməsinə yardım edir. Hamilə qadınlara bildirçin yumurtası yemək hamiləlik patologiyalarının baş verməsinin qarşısını alır, dişlərin, sümüklərin möhkəmlənməsinə yardım edir. Bildirçin yumurtası yaşlı adamların qanında olan xolesterinin təmizlənməsinə səbəb olur və damarlarda yığılıb qalan piy artıqlarının əriməsinə səbəb olur.
Bildirçin yumurtasının tərkibində olan maddələr radionuklidlərin orqanizmdən xaric olunmasına, xərçəng müalicəsi səbəbindən orqanizmdə toplanan kimyəvi maddələrin təmizlənməsinə səbəb olur, qandan radioaktiv maddələri təmizləyir. Raxitin, hipokalsemiyanın müalicəsi məqsədilə bildirçin yumurtasının qabığından istifadə edilir. Bu məqsədlə yumurta 5 dəqiqə qaynadılır, sonra 1 gün sirkədə saxlanılır, soyuq suda yuyulub qurudulduqdan sonra qəhvəüyüdən maşında üyüdülür. Əldə olunan toz şəklinə düşmüş yumurta qabığı gündə 1 dəfə 1 çay qaşığı olmaqla qəbul edilir. 10 yaşına qədər olan uşaqlara və yaşlılara isə gündə 1 dəfə olmaqla 0,5 qaşıq qəbul eləmək məsləhət görülür.
Bildirçin yumurtası dəriyə tonuslandırıcı və möhkəmləndirici təsir bağışlayır. Quru dəriyə yumurta sarısı ilə bitki yağı qarışımından hazırlanan maska sürtmək dərinin elastikliyinin artmasına və təravətlənməsinə səbəb olur. Bunun üçün gündə bir-neçə dəfə qarışımı massaj edərək dəriyə sürtmək və 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yumaq lazımdır. Bildirçin yumurtası, bitkin yağı və bal qarışımı isə saçların möhkəmlənməsinə, saçqıranların aradan qalxmasına, saçların parıldamasına səbəb olur. Qarışımı hazırlamaq üçün 3-4 bildirçin yumurtası, 100 ml bitki yağı və 2 xörək qaşığı bal ghötürülür. Bu məqsədlə maska saçlara yaxılır, saçlar polietilen paketlə örtülür və isti dəsmalla bükülür. Bir saat sonra isə saçlar yuyulur və qurudulur.
Bildirçin yumurtasının zərərli xüsusiyyətləri
Salmonella xəstəliyinə yoluxmuş bildirçinin yumurtası yaxşı bişirilmədiyi zaman orqanizmi salmonella mikrobuna yoluxdura bilir.
Qaraciyər və böyrək xəstəliklərindən əziyyət çəkənlər bildirçin əti yedikdə diqqətli olmalıdırlar. Orqanizmi tərəfindən zülalın sorulma prosesi normal olmayan xəstələrə və sidiyində zülalı çox olanlara bildirçin yumurtası yemək məsləhət görülmür. Həddindən çox bildirçin yumurtası yemək həzmsizliyə səbəb ola bilir. //milli.az//

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az