Əpl (Apple) şirkəti istehsal etdiyi Ayfon telefonlarında böyük bir yanlışlığa yol verib.
Nyus.Az Axar.az-a istinadən xəbər verir ki, şirkət telefonlara iOS əməliyyat sisteminin 11-ci versiyasını yükləmək əvəzinə 6, 9 və 10-cu versiyalarını yükləyib. Beləliklə bir çox Ayfon istifadəçisi bu səhv ucbatından telefonlarına iOS əməliyyat sisteminin köhnə versiyasının qayıtdığını görüblər.
Qeyd edək ki, iOS əməliyyat sisteminin 6-cı versiyası olan mobil telefonlara Votsap yükləmək mümkün deyil.