
Danimarka yığmasına biabırçı formada uduzan rus futbolçuları üçün Şeremetova aeroportunda ən ciddi təhlükəsizlik tədbirləri görülüb. Onlar aeroportunu tərk edib komanda avtobusunda Novoqorskdakı bazaya yollanıblar.
Nyus.Az sports.ru-ya istinadən xəbər verir ki, aeroportu komanda ümumi yaşıl koridorla deyil, VİP zaldan keçib gediblər. Onları altı jurnalist qarşılayıb, bir azarkeş də olmayıb. Avtobusu beş mühafizə maşını və Rosqvardiyanın mikroavrobusu qoruyub. OMON-çular jurnalistləri futbolçulara yaxınlaşmağa imkan verməyib.
Kamran Seyidov //milli.az//
Nyus.Az

























