• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
9-06-2021, 10:04

“Sən və ailən barədə elə fakt açıqlayacam ki, cəmiyyət üzünə tüpürəcək...” - SƏRKİSYAN ULTİMATUM VERDİ

“Sən və ailən barədə elə fakt açıqlayacam ki, cəmiyyət üzünə tüpürəcək...” - SƏRKİSYAN ULTİMATUM VERDİ


Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində misli görünməmiş dərəcədə sərt, gərgin kampaniya gedir. Tərəflər kampaniya başlayan kimi bir-birlərinin ünvanına təhqirlər yağdırmaqdadırlar. Tərəflər dedikdə isə burada əsasən baş nazir Nikol Paşinyanla keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan nəzərdə tutulur. Hərçənd seçkilərə onlarla partiya və blok qatılıb, Sərkisyanın özü isə seçki siyahısında yer almır, o, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın kampaniyasına (Sərkisyan və Vanetsyanın partiyaları bir blokda birləşib) dəstək verir.

Reytinqinin sürətlə aşağı düşdüyünü, hakimiyyət strukturlarında çalışanların ondan sürətlə üz döndərdiyini görən Paşinyan əsasən keçmiş prezidentləri sərt təhqir və tənqid yağışına tutur. Ötən gün o, Serj Sərkisyanın Monte Karlo kazinosunda milyonlarla dollar uduzması haqda məsələni növbəti dəfə yada salıb. Cavab olaraq Serj Sərkisyan ona sübut təqdim etmək üçün 24 saat vaxt verib.

Sərkisyan deyib ki, “kazino” və “qumarbaz” yarlıqları hələ onun prezidentlik dövründə dövrədədir. “Mən o vaxt cavab vermirdim, çünki prezident idim. Təhlükəsizlik xidməti mənə tabe idi və opponentlərim deyərdi ki, biz faktları gizlədirik və s. Lakin Paşinyan çox uzağa getdi. İndi mən sizin qarşınızda bəyan edirəm: 24 saat vaxt verirəm. O, ya faktları təqdim etməlidir, ya da mən onun və ailəsinin haqqında elə faktlar açıqlayacam ki, cəmiyyət üzünə tüpürəcək. Faktları təqdim etməsə ona divan tutacam”,-Sərkisyan seçicilər qarşısında çıxışı zamanı deyib.

Paşinyan ötən gün Sərkisyana həm də “sutenyor” və “insan alverçisi” demişdi. Bu, Sərkisyanın Paşinyana oğlu Aşotu Azərbaycanda saxlanılan 20-25 erməni əsgərinə dəyişdirmək təklifinə cavab olaraq deyilmişdi. Paşinyan bildirmişdi ki, oğlunu Azərbaycanda saxlanılan erməni əsgərlərinə dəyişməyə hazırdır, amma bu işlə bağlı danışıq aparmaq səlahiyyətini Sərkisyanla Köçəryana verir. Çünki onlar adam alveri işində püxtələşiblər, üstəlik Sərkisyan uzun illərin “sutenyorudur”.

“Sutenyor” söhbətinə Sərkisyanın cavabı hələ məlum olmasa da müttəfiqi Vanetsyan özünün Facebook səhifəsində Paşinyanı təhqir edib. “Qulaq as, dezertir, sən kimsən axı müharibəni udmuş Qarabağ qəhrəmanının, prezidentin adını təhrif olunmuş formada çəkirsən? Mən səninlə işləmişəm, indi isə Serj Sərkisyanla işləyirəm. Və məndə belə təəsürat yaranıb ki, sanki mal tövləsindən akademiyaya düşmüşəm. Sən miskin kapitulyant. Öz günahlarında o qədər boğulursan, o qədər piy əritmisən və tər tökmüsən ki, hər yerdə iy verirsən. Get, sadəcə olaraq qaç. Bu, mənim sənə sonuncu dost məsləhətimdir”,-Vanetsyan bildirib.

Bəzi təhlilçilərə görə, Ermənistanda bu cür gərgin siyasi mühit seçkilərin nəticələrinin necə olmasından asılı olaraq vətəndaş müharibəsinə də gətirib çıxara bilər.

Virtualaz.org

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az