
"Bayılda sürüşmə zonasında yaşayan 97 ailə köçürülüb".
Nyus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Abid Şərifov deyib.
A.Şərifov qeyd edib ki, həmin ərazidəki 97 evdən 6-sı artıq tamamilə dağılıb:
"Bu 6 ev biz ailələri oradan köçürəndən sonra uçulub. O evlərdə 32 nəfər yaşayırdı".

























