• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
19-04-2021, 08:30

Bir şəhidin son günü

Bir şəhidin son günü

İmam Zeynülabidin (ə) İmam Hüseynin (ə) ortancıl oğludur. İmam Hüseyn (ə) öz oğullarından üçünü atası Əlinin (ə) şərəfinə adlandırmışdı. Böyük Əli (Əliəkbər) Kərbəlada döyüşərək şəhid olmuş, kiçik Əli (altı aylıq südəmər Əliəsğər) aşura günü atasının qucağında oxla vurularaq şəhadətə çatmışdı.

İmam Zeynülabidinin (ə) ibadət və zöhdü müasirləri arasında məşhur idi. Elə "Zeynülabidin" (yəni ibadət edənlərin bəzəyi) ləqəbini də buna görə o həzrətə vermişdilər. Onun digər ləqəbi "Səccad"dır, yəni çox səcdə edən.

İmamın nümunəvi əxlaqı, dürüst davranışı dillər əzbəri idi. Sədaqət və güvən mənbəyi kimi tanınırdı. Mədinədə Əməvilərə qarşı Abdullah ibn Hənzələnin başçılığı altında qiyam qalxanda İmam bu hərəkatın uğursuzluğunu qabaqcadan bildiyi üçün ona qoşulmadı və Mədinəni tərk edib şəhər ətrafındakı evinə köçdü. Əməvi nəslinin nümayəndəsi, xəlifələrin sağ əli, Əhli-beytin düşməni Mərvan ibn Həkəm o zaman Mədinə valisi idi. İğtişaşdan qorxuya düşən Mərvan öz ailə üzvləri üçün sığınacaq axtardığı zaman məhz İmam Zeynülabidinə (ə) etibar etdi. O, öz ailəsini İmamın (ə) evinə gətirib Onun himayəsinə tapşırdı. Aradakı mənfi münasibətə baxmayaraq, İmam Zeynülabidin (ə) Mərvanın xahişini qəbul etdi, onun ailəsinə öz evində sığınacaq verdi, qarışıqlıq bitəndən sonra onları sağ-salamat halda Mərvana təhvil verdi. Bəziləri elə düşünürdü ki, İmam (ə) Kərbəlada qanına qəltan edilən körpə və yeniyetmələrin intiqamını Mərvanın ailəsindən alacaq. Lakin o həzrət üçün əmanətə sədaqət hər şeydən üstün idi.

Həzrət Zeynülabidinin (ə) imamlıq müddəti zalım Əməvi xəlifələrinin hakimiyyət dövrünə təsadüf etmişdir.
Atasına və Peyğəmbər nəslinin digər nümayəndələrinə qarşı Kərbəlada törədilmiş misli görünməmiş faciə İmam Zeynülabidinin (ə) bütün həyatnda öz izini qoymuşdu. O həzrət bütün ömrü boyu aşura ideyalarının yaddaşlarda yaşamasına çalışdı, özü də bunu ən zalım Əməvi xəlifələrinin gözü qarşısında etdi. İmam Zeynülabidin (ə) öz imaməti dövründə baş vermiş qiyamlara qoşulmasa da, daha təsirli və zülm rejimi üçün daha təhlükəli mübarizə yolunu seçdi - Əhli-beyt məktəbinə layiqli tələbələr yetişdirdi. İslam tarixinin parlaq simaları olan Səid ibn Cübeyr, Səid ibn Müseyyib, Əbu Həmzə Sumali, Cabir ibn Abdullah Ənsari, İmamın öz oğlu Zeydi-şəhid və başqaları bu məktəbin yetirmələridir.

Kufə valisi, hakimiyyəti dövründə minlərlə günahsız Əhli-beyt dostunu şəhid etmiş Həccac bir gün Səid ibn Cübeyri yanına çağırtdırdı. O, növbə ilə Kufədə və ətraf məntəqələrdə yaşayan mötəbər şəxsləri sarayına gətizdirib boynunu vurdururdu. Növbə Səidə çatmışdı. Həccac əvvəlcə Səidi sorğu-suala tutdu, imamət və hakimiyyət haqqında fikrini soruşdu. Aldığı cavablar Həccacı qane etmədi. O, Səidi var-dövlətlə satın alıb öz tərəfinə çəkməyə çalışdı. Səid nəinki bu təklifi qəbul etmədi, hətta Həccaca üz tutub söylədi: "Əgər bu sərvəti qiyamət gününün əzabından xilas olmaq (yəni sədəqə vermək) üçün toplamısansa, sənə zaval yoxdur. Amma əgər bundan ötrü yığmamısansa, bil ki, qiyamət gününün dəhşəti çox böyükdür; hətta analar öz südəmər körpələrini qorxudan unudacaqlar. Pak və halal miqdarını çıxmaqla, dünya malını toplamağın faydası yoxdur".

Həccac Səidi heç cür ram edə bilməyəcəyini anladı və yeganə çıxış yolunu onu aradan götürməkdə gördü.
Səiddən soruşdu: "Səni necə öldürməyimi istəyirsən?" Cavab verdi: "Necə istəyirsənsə, elə də öldür. Amma bil ki, məni hansı qaydada öldürürsənsə, Allah qiyamətdə səni də o şəkildə cəzalandıracaq".

Həccacın əmri ilə cəlladı çağırdılar. Səid edam yerini görəndə bu ayəni oxudu: "Mən, həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!" (Ənam, 79).


Həccac cəllada əmr verdi: "Onun üzünü qiblədən kənara çevir!" Səid bu ayəni tilavət etdi: "Hansı tərəfə yönəlsəniz (üz tutsanız), Allah oradadır" (Bəqərə, 115).

Həccacdan növbəti əmr gəldi: "Başını kəsəndə üzünü yerə qoy!" Səid cavabını bu ayə ilə verdi: "Sizi torpaqdan yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq" (Taha, 55).

Hövsələsini itirmiş Həccac bağırdı: "Tez başını üz!" Səid son nəfəsində kəlmeyi-şəhadəti söyləyib şəhidliyi qəbul etdi...(milli.az)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az