
Çempionlar Liqasında yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, İngiltərənin "Mançester Siti" və İspaniyanın "Real" klubları da adını yarımfinala yazdırıb. Bununla da final uğrunda oyunlardakı cütlüklər də bəlli olub.
Çempionlar Liqası, yarımfinal
"Real" (İspaniya) - "Çelsi" (İngiltərə)
PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə)
Bu mərhələnin ilk oyunları 27-28 apreldə, cavab matçları isə 4-5 mayda keçiriləcək.
Nyus.Az

























