
Qvatemalanın keçmiş diktatoru Xose Efrain Rios Montt 91 yaşında ölüb.
Bu barədə onun vəkili məlumat yayıb.
Məlumata əsasən, Montt ürək tutmasından dünyasını dəyişib.
Rios Montt 1982-ci ildə dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlib və 1983-cü ilədək Qvatemala prezidenti vəzifəsini tutub.
Daha sonra o hərbi cinayətlərin törədilməsində ittiham olunaraq məhkəməyə cəlb edilib.
(Trend)

























