• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
22-02-2021, 09:42

Elektron ticarətin qarşısında dövlət məhdudiyyətləri - Azərbaycan mövqeyini itirir

Elektron ticarətin qarşısında dövlət məhdudiyyətləri - Azərbaycan mövqeyini itirir



Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) illik hesabatında deyilir ki, keçən ilin nəticələrinə görə, Azərbaycan internet ticarətinin inkişafı baxımından 165 ölkə arasında 65-ci yerdə qərarlaşıb. Qonşu ölkələr arasında Rusiya 41-ci, Türkiyə 57-ci, Gürcüstan 47-ci, Ermənistan 84-cü yeri tutub. Reytinqdə ilk üç yerdə İsveçrə, Hollandiya və Danimarka yer alıb. Sıralamada son üç yeri Burundi, Çad və Nigeriya tutur.

Ölkələrdə onlayn ticarətin inkişaf səviyyəsini qiymətləndirmək üçün əsas, UNCTAD mütəxəssisləri tərəfindən hazırlanmış hesabatda qeyd edildiyi kimi, “onlayn alış-verişlə ən çox birbaşa əlaqəli dörd göstəricidən ibarət olan” B2C Elektron Ticarət İndeksi idi. Bunlar mobil ödəmə hesabları olan sakinlərin nisbəti, əhali strukturundakı internet istifadəçilərinin nisbəti, poçtun etibarlılığı və təhlükəsiz internet serverlərinin mövcudluğudur. Hər bir göstərici 100 ballıq miqyasda qiymətləndirilib və dörd göstəricinin aritmetik ortalamasından yekun göstərici çıxarılıb.

Dörd göstəricidən UNCTAD mütəxəssisləri Azərbaycana ən yüksək qiymətləri - poçt etibarlılığı (82 bal) və internet istifadəçilərinin payı (81 bal) baxımından veriblər. Azərbaycan - mobil ödənişlər hesabı olan sakinlərin payına görə 29 bal, internet serverlərinin təhlükəsizliyinə görə 49 bal toplayıb.

Bir əvvəl eyni reytinqdə ölkəmiz 63-cü sırada idi. Ölkənin elektron ticarətin inkişafındakı göstəricilərini niyə pisləşdirdyinə dair suala mütəxəssislər birmənalı olaraq rüsumsuz limitin azaldılmasına və ƏDV alətlərinin işə salınmasına işarə edirlər.

Ticarət hüququ üzrə mütəxəssis Eldar Qocayevin AYNA-ya dediyinə görə, fərdi istifadə üçün malların rüsumsuz idxalının yeni normaları, şübhəsiz ki, elektron ticarət və tədarükün inkişaf tempini yavaşladacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal və ticari məqsədlər üçün nəzərdə tutlmayan malların gömrük sərhədindən keçməsi üçün güzəştli və sadələşdirilmiş qaydalar”ında dəyişiklik edilməsi barədə qərarı ötən il sentyabrın 21-də qüvvəyə minib. Edilən dəyişikliyə əsasən, beynəlxalq poçtla və ya bir daşıyıcı şirkət tərəfindən 30 gün ərzində bir fiziki şəxsin adına gətirilən, ümumi gömrük dəyəri 300 dollar ekvivalenti keçməyən mallardan gömrük rüsumu alınmır. Ancaq əvvəllər göstərilən limit 1000 dollar idi.

“İndiki dövrdə dünyada elektron ticarət sürətlənir və dünyada bu sahədə inkişaf dalğası var. Bu baxımdan, əksinə, bu fəaliyyətin təşviq olunacağını gözləmək lazımdır. Eyni zamanda, fərdi istifadə üçün alış-verişə bizdə tez-tez e-ticarət deyilir, bu halda söhbət elektron kommersiyadan yox, e-şopinqdən gedir”, - Qocayev bildirib.

Görünən odur ki, “Nağdsız ödənişlər haqqında” qanunun qəbulundan sonra onlayn alış-verişin populyarlığı və həcmi xeyli artmalı idi, amma bu, baş vermədi. Səbəb əlavə dəyər vergisinin artırılmasıdır. İqtisadçılara görə, dövlət məhdudiyyətləri elektron ticarətin inkişafına mane olur və ƏDV bu kimi amillərdəndir. 1 yanvar 2017-ci il tarixində Azərbaycanda vergi qanunvericiliyində digər şeylərlə yanaşı, elektron ticarətin vergiyə cəlb edilməsini nəzərdə tutan yeni dəyişikliklər qüvvəyə mindi.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz AYNA-ya şərhində qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda elektron ticarətlə bağlı problemlər var: “Bunlardan biri də logistika ilə əlaqədardır. Vətəndaşlar bağlamalar üçün poçt şöbəsinə getmək məcburiyyətində qalırlar. Xüsusilə, bağlamaların ölkənin bölgələrinə çatdırılmasında problemlər var”.

Mütəxəssisin fikrincə, internetdə alış-verişə daha yumşaq yanaşılmalı, eyni zamanda, yük şirkətlərinin fəaliyyəti də izlənilməlidir: “Rəqəmsal mühitdə istehlakçıların hüquqlarının qorunması ilə bağlı ciddi problemlər mövcuddur”. //AYNA.AZ//

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az