• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
19-02-2021, 09:46

Azad edilmiş ərazilərimizdə açıq səma altında muzeylər necə yaradıla bilər? - Təkliflər

Azad edilmiş ərazilərimizdə açıq səma altında muzeylər necə yaradıla bilər? - Təkliflər



Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə açıq səma altında muzeylərin yaradılması, böyük tarixi əhəmiyyət daşıyacaq.

Nyus.Az bildirir ki, bunu Trend-ə mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, bu məsələnin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gündəmə gətirilməsi, Azərbaycan ərazilərində erməni cinayətlərinin izlərini saxlamaqla bunu əyani şəkildə gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Çünki belə muzeylərin təşkili hələ uzun illər erməni vandalizminin baş verməsinin səbəblərini əyani şəkildə nümayiş etdirməklə, bu xalqın faciəsini gələcək nəsillərə çatdıracaq:

"Muzey əslində tarixə şahidlik edən nümunələrin, xalqın maddi və mənəvi dəyərlərinin saxlandığı, qorunduğu, öyrənildiyi yerdir. Muzey yalnız əşyaları nümayiş etdirməməlidir, eyni zamanda maarifləndirməlidir. Odur ki, açıq səma altında yaradılan muzeylərin təşkili, böyük diqqət və yüksək peşəkarlıq tələb edəcəkdir".

F.İsmayılov qeyd edib ki, açıq səma altında yeni yaradılan muzeylər ən yeni tariximizin son 28 ilində baş verən irqçilik, etnik təmizləmə və törədilən vandalizm aktlarının müəyyən məqamını özündə yaşatmalı, ölkə tarixinin bu hissəsində baş verən hadisələr barədə muzeyə daxil olan insanlara müfəssəl məlumat verməlidir.

Tədqiqatçı hesab edir ki, muzeylər üçün yer seçilərkən ərazinin əhəmiyyət dərəcəsi mütləq nəzərə alınmalı və insanların yaddaşında yaşaması üçün hafizələrdə necə qalacağı öyrənilməlidir. Bunun üçün parakəndə halda biri-birindən uzaqda dağıdılan qurğuların muzey kimi saxlanması effektli olmaz:

"Nəzərə almaq lazımdır ki biri-birinə daha sıx yerləşən bina, qurğu və mülklərin qalıqları daha çox diqqət çəkər. Buna, Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl şəhərinin və Kəlbəcər rayonunun İsti su müalicə kompleksinin müvafiq hissələrini, əhalinin seyrək yaşadıqları yerlərdə isə məscid, inam və inanc yerlərini və s. misal göstərmək olar".

Ekspert qeyd edib ki, bu muzeylərdə baş verən olaylardan xəbər verən eksponatları yerləşdirilməsi də mühüm əhəmiyyət daşıyan amillərdən biri olmalıdır. Hadisələrin baş verdiyi anları əks etdirən fiqur, əşya, alət, silah və digər qurğuların müzeylərdə yerləşdirilməsi, ərazini daha baxımlı və maraqlı edər. Açıq Səma Altındakı Muzeylərdə qurulan ansambıllar, bu ansambılların əhatə etdikləri və tarixi hadisələrin baş verdiyi ərazilər, bədii kompozisiya cəhətdən bir-birini tamamlayan komplekslər və çox növdən olan tikinti qrupunun qalıqları izahata ehtiyacı olmayan ümumi məzmun və məna kəsb etməlidir. Bu Muzeylər qurularkən oradakı kompazisiya həm elmi və həmdə maarifçilik istiqamətində, gələn ziyarətçinin diqqətini çəkməli, ziyarətçidə ərazidə baş vermiş hadisələri öyrənməyə maraq yaratmalıdır.

F.İsmayılovun fikrincə, muzeylər yaradılarkən onların oxşar olmamalarına diqqət yetirmək lazımdır. Burada yeraltı və yerüstü mədəni sərvətlərimizin də yer alması müxtəlifliyə töhfə vermiş olar:

"Məsələn, Ağdam rayonunun Şahbulaq ərazisində ermənilər tərəfindən qeyri-qanuni istismar edilən Arxeoloji abidələr kompleksi və Xocavənd rayonu ərazisindəki beş hektarlıq Azıx mağarası həm də tarixi baxımdan çox əhəmiyyət daşıya bilər. Mədəniyyət beşiyimiz Şuşa şəhərinin 350 hektarlıq qoruq ərazisinin bərpası bütövlükdə şəhəri açıq səma altında muzey kimi tanıdacaq. Burada baş verən erməni vandalizminin izləri isə ayrı-ayrı mülklərin, inzibati binaların, yaşayış evlərinin bir hissəsini konservasiya edilib saxlamaq olar".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az