
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Ayrantökən vulkanının püskürməsi ilə bağlı məlumat yayıb.
RSXM-dan verilən məlumata görə, Altbulaq ərazisində Ayrantökən vulkanı püskürüb. Püskürmənin davametmə müddəti 2 dəq 24 saniyədir.
Qeyd edək ki, dünən saat 21:10 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Ayrantökən palçıq vulkanında püskürmə baş verib.

























