• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
11-12-2020, 08:03

Alimlər DNT-də insan üzünün forması ilə bağlı olan 200 sahə müəyyənləşdiriblər

Alimlər DNT-də insan üzünün forması ilə bağlı olan 200 sahə müəyyənləşdiriblər


Mənşəcə avropalı olan səkkiz mindən çox insanın DNT-də kiçik mutasiyaların müqayisəsi nəticəsində alimlər genomda insan üzünün formasına təsir göstərən 200 sahəni müəyyən ediblər. Tədqiqatın nəticələri "Nature Genetics" elmi jurnalında dərc olunub.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatın müəlliflərindən biri - Pensilvaniya Universitetindən (ABŞ) antropoloq Culiya Uaytın sözlərinə görə, alimlər araşdırma zamanı insan üzlərinin müxtəlif olmasının səbəblərini, o cümlədən bunun təbii seçmə, təsadüfi mutasiya və ya digər proseslərlə əlaqəsi olduğunu öyrənməyə çalışıblar.

Son illə genetiklər və molekulyar bioloqlar üzün müxtəlif cizgilərinə və bədənin formasına təsir edən və ya görünüşü müəyyənləşdirən, eləcə də boya, kütləyə, köklüyə meyilliyə, fiziki baxımdan güclü olmağa təsir göstərən genlərin tədqiqi ilə fəal məşğul olurlar. Bu onunla əlaqədardır ki, DNT-nin müvafiq sahələrində pozulma anadangəlmə xəstəliklərin və ciddi qüsurların yaranmasına səbəb olur. Son illərin kəşfləri göstərir ki, belə genlərin sayı bir neçə yüzə, hətta minə çatır. Məsələn, PAX1, DCHS2, RUNX2 və GLI3К genlərinin burunun forması, EDAR geninin çənənin sivriliyi ilə bağlı olduğu aşkarlanıb.

Culiya Uayt və onun həmkarları müvafiq istiqamətdə DNT-nin daha 200-dək sahəsini müəyyənləşdiriblər. Onlar Britaniya və ABŞ-ın təqribən səkkiz min sakininin tam genomunu, habelə insan üzlərinin dəqiq üçölçülü surətlərini əhatə edən iki məlumat bazasından istifadə ediblər. Alimlər həmin genlərdə kiçik mutasiya yığınını insan üzündə xüsusi seçilmiş sahələrlə tutuşdurublar. Tədqiqatçılar DNT-nin insanın görkəminə bu və ya digər dərəcədə təsir edən 17,6 min variasiyasını ayıra biliblər ki, bundan 11,4 mini statistik baxımdan əhəmiyyətli olub. Onların genomların daxilində mövqeyini, insan üzünün formasına və cizgilərinə təsirini təhlil edən alimlər görünüşə maksimum dərəcədə təsir edə bilən 200 variasiya ayırıblar. Bundan 89 variasiya artıq üzün forması və bədənin görkəmi ilə əlaqəli genlərdə yerləşib, 61 mutasiya isə başın inkişafında pozulmalarla bağlı olub. Məsələn, WARS2 və TBX15 genləri alının açıqlığı və çənədəki batıqla, MSX1 genindəki mutasiyalar isə "dovşan dodaq" və digər diş və çənənin inkişafındakı pozulmalarla əlaqəli idi. Digər tərəfdən, Uayt və onun həmkarlarının kəşf etdiyi DNT-nin 50-dən çox sahəsi əvvəllər üzün cizgiləri və ya anatomik pozulmalarla bağlı olmayıb.

Tədqiqatçılar ümid edirlər ki, heyvan və bitki hüceyrələrində bu genlərin rolunun öyrənilməsi onların insan sifətinin formalaşmasında, kəllənin anatomiyası və insan başının yumşaq toxumaları ilə bağlı müxtəlif pozulmalarda rolunu müəyyənləşdirəcək. Bu məlumatlar nəinki xəstəliklərin diaqnostikası və onların müalicəsi üçün gen terapiyalarının yaradılması işinə, həmçinin antropoloqlara insanların bugünkü görkəminin necə formalaşmasını başa düşməkdə kömək edəcək.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az