
“Sivasspor”u təbrik edirən. Çox yaxşı 3 xal qazandılar”.
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Sivasspor"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
“Biz də çox istəkli idik. Daha yaxşı oynamaq istəyirdik. “Sivasspor” bu gün yaxşı müdafiə olundu. Buraxdığımız ilk qola baxmayaraq topa sahib olmağa çalışdıq. “Sivasspor”un qələbəsi üçün sevinirəm”, - deyə Q.Qurbanov bildirib.
Baş məşqçi mərhələ şanslarının azaldığını da vurğulayıb: "Qrupdan çıxmaq bizim üçün çətinləşdi".(Virtualaz.org)
Nyus.Az

























