
9 yaşlı Çeril Dinqs yata bilmir. Həkimlərin dediklərinə görə, FFİ adlı sindroma tutulmuş Dinqsin xəstəliyi çox ağırdır. Hazırda dünyada yalnız 40 nəfərdə belə genetik xəstəlik var.
Dinqs də ailəsində xəstəlik ucbatından anasını, babasını və əmisini itirib. FFİ xəstəsi olan insanlar yata bilmədikləri üçün bir müddət sonra qarabasmalar, hallüsinasiyalar görməyə başlayırlar. Xəstəliyin son mərhələsində isə onlar ağıllarını itirirlər. Ata və anadan birində FFİ sindromu varsa, övladda bu xəstəliyin yaranma ehtimalı 50 faizdir.

























