• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
9-10-2020, 07:54

Volkswagen ID.4 krossoveri debüt edib - FOTO

Volkswagen ID.4 krossoveri debüt edib - FOTO


Volkswagen şirkəti ID.3 elektrik hetçbekindən sonra, ID.4 krossoverini təqdim edib. Rəsmi debütdən öncə keçirilən tizer kampaniyası və planlaşdırılmamış sızıntılar sayəsində, ID ailəsinin yeni üzvü haqqında bir çox şey artıq məlum idi. Volkswagen ID.4 alman markasının elektrik xəttində ikinci model olmasına baxmayaraq, MEB modul platformasında inşa edilən ilk krossover statusunu üç həftə əvvəl təqdimatı keçirilmiş Skoda Enyaq iV krossoverinə verməli olub. Bununla belə, platformadan başqa, iki elektromobil arasında ümumi cəhətlər kifayət qədər çoxdur.

Nyus.Az autograph.az-a istinadən bildirir ki, yeni ID.4 modelinin xarici görünüşü sürpriz olmayıb: gözlənildiyi kimi, krossoverin eksteryer dizaynı daha kiçik ID.3 modelinin tərzində tərtib edilib. Üstəlik, Avropa və ABŞ üçün nəzərdə tutulmuş versiya, Çin bazarında satılacaq ID.4 Crozz modelinin dizaynı ilə demək olar ki, təkrarlayır. Yeni krossover Skoda Enyaq modelin bir qədər qısadır: kuzovun uzunluğu 4585 millimetrə çatır. Enyaq iV modelində bu göstərici 4649 millimetrdir. Hər iki avtomobilin təkər bazasının uzunluğu 2765 millimetrdir. Nəticədə, ID.4 modelinin baqaj bölümünün həcmi Skoda Enyaq iV modelindən olduğundan azıdr - 585 litrə qarşı 542 litr. Müqavimət əmsalı baxımından da ID.4 modeli çexiyalı qohumundan geri qalır 0,27-yə qarşı 0,28.

İnteryerin rəsmi şəkilləri Volkswagen tərəfindən ayın əvvəlində yayımlanmışdı. Minimalizm naminə salon praktiki olaraq analoq düymələrdən tamamilə məhrum edilib: onlar yalnız pəncərələrdən və siqnalizasiya sistemindən məsuldurlar. Bütün digər düymələr sensorludurlar - sükanın üzərində və onun ətrafında olanlar da daxil olmaqla. Transmissiyanın rejimləri cihazlar panelinin sağ ucunda dönən düymə vasitəsi ilə dəyişdirilir. 5.3-düymlük virtual cihazlar paneli standart avadanlıq siyahısına daxil edilib, 10-düymlük ekrana və səslə idarəetmə funksiyasına malik olan Discover Pro mediasistemini, 12-düymlük sensorlu ekranı olan opsional Discover Pro Max multimedia sistemi ilə əvəzləmək mümkündür.

VW nümayəndələri, ID.4 üçün daha iri krossoverlərə xas olan geniş salon vəd verirlər: digər şeylərlə yanaşı, iri mərkəzi tuneldən qurtulmağa imkan verən MEB platforması sayəsində, ikinci sıradakı sərnişinlər özlərini daha rahat hiss edəcəkdirlər. Bahalı versiyalarda pnevmatik bölmələri və masaj funskiyası olan ön oturacaqlar quraşdırılır. Bu oturacaqlar süni dəri və 20% təkrar emal edimiş plastik şüşədən hazırlanmış sintetik mikrofiber örtük ilə üzlənir.

Bundan əlavə, yeni Volkswagen ID.4 elektrik krossoveri, müəyyən elementlərin rəngini (30 variantda) çevik şəkildə dəyişə bilən adaptiv ID.Light kontur işıqlandırmasına sahibdir. Ön şüşənin əsasında, səs sistemi rejimindən və ya yoldakı vəziyyətdən asılı olaraq rəngini dəyişdirən "interaktiv" işıq zolağı yerləşir: sistem avtomatik əyləc sisteminin aktivləşdirilməsini və ya zolağa nəzarət funksiyasını əks etdirə bilər. Bununla yanaşı, elektrokar kifayət qədər elektron köməkçi ilə təchiz edilib - ID.4 modeli yol nişanlarını tanıma ilə adaptiv kruiz kontrolu və müxtəlif təhlükəsizlik sistemlərini özündə birləşdirən Travel Assist kompleksi ilə təklif olunur.

Satışların başlanmasına yaxın zamanda Volkswagen ID.4 modeli, 306 at qüvvəli iki mühərrikli sxem də daxil olmaqla, bir neçə güc qurğusunu alacaqdır. Lakin, təqdimat zamanı şirkət nümayəndələri yalnız arxa oxda yerləşən 204 at qüvvəsinə və 310 Nm fırlanma anına malik olan elektrik mühərriki ilə təchiz edilmiş standart versiyada barədə məlumat veriblər. Belə krossover 100 km/saat həddinə 8.5 saniyəyə sürətlənir və 160 km/saatlıq maksimal sürət həddinə malikdir. 82 kilovat-saatlıq batareya 520 kilometr (WLTP) yürüyüşü təmin etməlidir. Yeri gəlmişkən, mühəndislər yarım saat ərzində "sürətli" terminaldan istifadə etməklə, yürüş ehtiyatının 320 kilometr artırıla biləcəyini qeyd ediblər.Tam ötürmə sisteminin olmamasına baxmayaraq, 21 santimetrlik klirens yüngül yolsuzluqda kifayət etməlidir.

Avropa və ABŞ bazarlarında yeni krossoverə sifarişlər artıq qəbul edilir. Almaniyada başlanğıc Pro versiyasında olan Volkswagen ID.4 (19 düymlük polad təkərlərlə!) modelinin satış qiyməti 43330 avro təşkil edir. Daha bahalı 1st və 1st Max versiyaları isə müvafiq olaraq 48690 və 58440 avroya satılır. İlk avtomobillərin müştərilərə çatdırılmasına yaxın aylarda başlanacaqdır. Xatırladaq ki, krossoverlərin seriya istehsalına Almaniyanın Zvikkau şəhərindəki zavodda artıq avqust ayında start verilib.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az