
Bolqarıstanda sutka ərzində 60 koronavirusa yeni yoluxma halı baş verib.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların sayı 15287 nəfərə çatıb. 10388 nəfər sağalıb, 545 nəfər ölüb. Xəstəxanalarda 745 nəfər yerləşir, onlardan 74 nəfər reanimasiya şöbəsindədir. Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalinin sanitar normalara riayət etməyə çağırıb.
Nyus.Az

























